Ölkənin aqrar və qida sektorunda əsas rol oynayırıq

"Agro Dairy" Azərbaycanın aqrar-sənaye sektorunda lider mövqeyə sahib, yurdumuzun bərəkətli torpaqlarında yetişdirilən məhsulları ilə süfrələrimizi bəzəyən və uzun illərdir bu dəyərə sadiqliyini qoruyaraq istehsalat zəncirini formalaşdıran qabaqcıl şirkətlər qrupudur. Şirkətimiz ilk fəaliyyətinə 2014‑cü ildə sertifikatlı buğda, arpa, qarğıdalı, şəkər çuğunduru toxumlarının və yüksək keyfiyyətli taxılın istehsalı ilə start verib. Eyni zamanda uzun illər istifadəsiz qalmış torpaqları müasir texnologiyalar vasitəsilə yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarmaq əsas strateji məqsədlərimizdən biri idi. Şirkətimiz tərəfindən pivot suvarma sistemləri və qabaqcıl aqrotexniki həllər sayəsində qısa müddətdə iki məhsul dövriyyəsi mümkün olan sahələr yaradılmış, torpağın münbitliyi bərpa edilmişdir. İstifadəsiz ərazilərdə əldə edilən rekord buğda məhsuldarlığı isə sektorda yeni standartlar müəyyənləşdirən ilk böyük nailiyyətlərimizdən olmuşdur. 
2024‑cü ildən “Agro Dairy” adımız süd və ət məhsullarından tutmuş müxtəlif kənd təsərrüfatı bitkiləri və heyvan yemlərinə qədər geniş məhsul portfeli ilə ölkəmizin ərzaq təhlükəsizliyinə strateji töhfə verən aparıcı şirkətlər qrupu olaraq tanınır.
Şirkətimiz hazırda 22 iqtisadi rayonda 20 000‑dən çox hektar pivot əkin sahəsi, 14 ixtisaslaşmış törəmə şirkət və 3000‑dən artıq əməkdaş ilə ölkənin ərzaq təhlükəsizliyinə xidmət edir. Hazırda ölkəmizin aqrar sənaye sektorunda aşağıdakı fəaliyyət istiqamətləri və törəmə şirkətlər sayəsində geniş çeşiddə kənd təsərrüfatı məhsulları ilə uğurla təmsil olunuruq.
Geniş çeşiddə kənd təsərrüfatı məhsullarının istehsalını təmin edərək sağlam qida zəncirinin formalaşmasına böyük töhfələr verən, həmçinin torpaqlarımıza yeni həyat, kənd yerlərinə yeni ümidlər və inkişaf gətirən şirkətimiz bu yolda uğurla addımlayır. 
Şirkətimiz gələcəkdə də innovasiya, davamlılıq və sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq ölkəmizin ərzaq təhlükəsizliyini möhkəmləndirmək və qeyri-neft sektorunun inkişafına yeni hədəflər qazandırmaq, eləcə də milli aqrar sahənin inkişafında böyük pay sahibi olmaq niyyətindədir.