“Agro Dairy” Group Celebrates Jeyranchol Farm Achievements with a “Town Hall” Event
“Agro Dairy” Qrupu Ceyrançöl təsərrüfatında biçin mövsümünün uğurlarını qeyd etmək məqsədilə Samux rayonunda növbəti “Town Hall” tədbirini təşkil edib.
Tədbirdə İdarə Heyətinin üzvləri torpaqdan süfrəyə qədər dəyər zəncirinin bütün mərhələlərini əhatə edən fəaliyyət planı, cari ilin rekord göstəriciləri barədə məlumat verib və kollektivin rolunu xüsusi vurğulayıblar. Onlar əldə olunan nailiyyətlərin mərkəzində məhz insan resurslarının dayandığını qeyd edərək bütün əməkdaşları təbrik ediblər.
Görüşün sonunda yüksək nəticələrə imza atan əməkdaşlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.