"Agro Dairy” şirkəti kənd təsərrüfatı ilə bağlı silsilə təlimlərə yenidən start verir.

Bu sahədə maraqlı olan hər bir şəxs ödənişsiz təlim kurslarına qoşula bilər.

Peşəkar kənd təsərrüfatı ekspertləri tərəfindən keçirilən bu təlimlərə qoşulmaq fürsətini qaçırmayın.

Təlim mövzuları aşağıdakılardır:

  1. Payızlıq buğdanın inkişaf fazalarından asılı olaraq mineral gübrələrin verilməsi normaları və vaxtları
  2. Payızlıq buğdanın xəstəlikləri, zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri
  3. Payızlıq buğda əkinlərində müşahidə edilən alaq otları və onlara qarşı mübarizə tədbirləri
  4. Agro Dairy”də yerli şəraitə uyğun sortların seçilməsi, toxumunun artırılması və bazara çıxarılan toxumların üstünlükləri
  5. Ceyrançöl şəraitində pivot suvarma əkinçiliyi üsulu ilə çöl və quru iqlim şəraitində payızlıq buğdanın məhsuldarlığının artırılmasında intensiv tipli texnologiyaların tətbiqi

Qeyd: Təlimdə iştirak etmək üstünlüyü yeni namizədlərə veriləcək. Bir neçə dəfə təlimlərimizdən keçmiş iştirakçıların qeydiyyatı boş yer olduqda mümkün olacaqdır. Nəqliyyat və nahar yeməyi şirkət tərəfindən qarşılanır.

Qeydiyyat üçün əlaqə nömrəsi:  (+99451) 201-77-20