“Agro Dairy” Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 çərçivəsində keçirilən Davamlı Karyera Sərgisində iştirak edib
“Agro Dairy” şirkəti Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 çərçivəsində keçirilən Davamlı Karyera Sərgisində fəal şəkildə təmsil olunub.
Sərgi çərçivəsində gənclər “Agro Dairy” stendini ziyarət edərək şirkətin mövcud karyera, mentorluq və təcrübə imkanları barədə ətraflı məlumat əldə ediblər.
Tədbirin məqsədi gəncləri dayanıqlılıq və iqlim dəyişiklikləri sahəsindəki karyera imkanları ilə tanış etmək, onları bu istiqamətdə təhsil və peşə seçimlərinə təşviq etmək olub.