“Agro Dairy”də növbəti “CEO ilə səhər yeməyi” görüşü keçirilib
“Agro Dairy” Qrupda ənənəvi “CEO ilə səhər yeməyi” görüşü baş tutub.
Layihənin əsas məqsədi müxtəlif biznes istiqamətlərində fəaliyyət göstərən əməkdaşlarla rəhbərlik arasında açıq və şəffaf dialoq mühitini gücləndirmək, həmçinin qrup daxilində birgə inkişaf və əməkdaşlıq atmosferini dəstəkləməkdir.
Görüş zamanı əməkdaşlar Baş İcraçı Direktor Niyazi Əmirbəyov ilə birbaşa ünsiyyət quraraq öz fikir və təkliflərini bölüşüb, onları maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparıblar.