Tədbir

“Agro Dairy”də növbəti “Rəqəmsal Town-hall” görüşü keçirilib

30 oktyabr tarixində “Agro Dairy” şirkətinin növbəti “Rəqəmsal Town-hall” görüşü uğurla baş tutub. Onlayn formatda keçirilən tədbirdə İdarə Heyətinin sədri Niyazi Əmirbəyov və İdarə Heyətinin üzvləri cari ilin iqtisadi nəticələri, növbəti ilin strateji hədəfləri və inkişaf prioritetləri barədə əməkdaşlara geniş təqdimat ediblər.
Görüşdə 500-dən çox əməkdaş iştirak edib. Sessiya maraqlı müzakirələr və interaktiv sual-cavab bölümü ilə davam edərək uğurla yekunlaşıb.