Tədbir

Hacıqabul rayonu ərazisində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

12 dekabr tarixində Hacıqabul rayonu ərazisində yerləşən Padarçöl təsərrüfatında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Hacıqabul rayonu ərazisində baş tutan tədbirdə “Agro Dairy” Qrupunun İdarə Heyətinin sədri Niyazi Əmirbəyov, İdarə Heyətinin üzvü, Bitkiçilik biznes istiqaməti üzrə icraçı direktoru Ramil Məmmədov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rəsmi qonaqlar və şirkət əməkdaşları iştirak ediblər.
Aksiya çərçivəsində bölgənin torpaq-iqlim şəraitinə uyğun 750-dən çox ağac əkilib. Ağacəkmə kampaniyasının əsas məqsədi ərazidə yaşıllıqların artırılması, sağlam ekoloji tarazlığın formalaşdırılması və ətraf mühitin mühafizəsinə töhfə verməkdir.