-
Vizyon
Vizyonumuz Azərbaycanın qida təhlükəsizlik və davamlılığına töhvə verməklə, maraqlı tərəflər üçün səmərəli yollarla dəyər yaradıb, ən üstün məhsul və xidmətləri təqdim etməkdir. -
Missiya
Missiyamız İnnovativ həllər və yüksək mükəmməllik standartlarına əsaslanaraq, işçilərimizin potensialını artırıb, müştəriyönümlü yanaşma ilə regionun qabaqcıl inteqrasiyalı Aqro-Qida şirkəti olmaqdır.
-
Dürüstlük
Şəffaflıq və dürüstlük cari biznes təcrübələrimizin ayrılmaz hissəsidir. Biz açıq ünsiyyətə, etik və inkişaf yönümlü qərarlar qəbul etməyə, o cümlədən müştərilərimiz və tərəfdaşlarımızın etibarını qorumağı üstün tuturuq. -
Keyfiyyət
Bizim üçün keyfiyyət standartı “komfort zonası” deyil, yeni mərhələnin başlanğıcı kimidir. Sürətlə yenilənən münasibətlər və dəyərlər fonunda keyfiyyətin bir standart olaraq qalması, dəyişməməsi bizi narahat edir. Ona görə də keyfiyyət anlayışını daim yeniləməyə davam edirik. -
Əməkdaşlıq
Biz fayda verəcək və maraqlarımızı təmin edəcək istənilən əməkdaşlığa açığıq. Bu dəyər münasibətlərinin altında təkcə iqtisadi maraq deyil, həm də psixoloji sağlamlıq dayanmaqdadır. Anlayırıq ki, sağlam iş mühiti üçün etimad, hörmət və motivasiya ilə yanaşı, empati duyğusu da önəmlidir. -
Sahibkarlıq Ruhu
Yaratdığımız sağlam iş mühiti şirkətdaxili münasibətlərdə heç kəsin edə bilmədiyini etmək kimi əzmkarlıq ruhu yaradıb. Əməkdaşların şirkətə öz şəxsi biznesləri kimi yanaşmaları, öz gələcək inkişaflarını bu şirkətdə görmələri bizi daha inamlı addımlar atmağa həvəsləndirir. -
Gəlirlilik
Biz öz səhmdarlarımızın və yekun etibarilə cəmiyyətin xeyrinə mənfəət və fayda yaradırıq. Əslində, bu gün qazanılan mənfəət gələcəkdə biznesin dayanıqlı və rəqabətədavamlı olmasına təminat verir.
-
İstehlakçı seçimi
Biz, yerli bazar istehlakçılarının gündəlik alış-veriş səbətində daxili bazarda istehsal olunan məhsulların daha çox üstünlük təşkil etməsi üçün çalışırıq. Bu da öz növbəsində ölkənin ərzaq idxalından asılılığının azaldılması deməkdir. -
Məhsuldar torpaqlar
Bizim yüz kilometrlərlə yol getməyimizim səbəbi ölkəmizdə olan istifadəsiz torpaqları məhsuldar torpaqlara çevirməkdir. Məqsədimiz ölkəmizin kənd təsərrüfatı potensialını inkişaf etdirmək, bütün ölkə üzrə məhsuldarlığı artırmaq və yeni sahələrin yaranmasına dəstək olmaqdır. -
İqtisadi artım
Var olduğumuz coğrafi mövqeyə baxdıqda şirkət olaraq dövlət iqtisadiyyatına necə bir müsbət təsir göstərmək gücünə malik olduğumuzu bir daha anlayırıq. Agrodairy şirkəti olaraq Azərbaycanın iqtisadi və logistik mövqeyinin inkişafında bizim də payımızın olmasında maraqlıyıq. -
Marka dəyəri
Ölkəmizin iştirak etdiyi kənd təsərrüfatı sərgiləri, gələn turistlərin yerli məhsullara olan diqqəti Azərbaycanın dünya bazarlarına yüksək keyfiyyətli məhsullar təqdim etmək potensialının göstəricisidir. Bizim də məqsədimiz marka dəyərimizlə ölkəmizə bu istiqamətdə öz dəstəyimizi göstərməkdir.