Ölkənin aqrar və qida sektorunda əsas rol oynayırıq

“Agro Dairy” Azərbaycanın aparıcı kənd təsərrüfatı və qida şirkətlər qrupundan biridir. Qrupa daxil olan 14 şirkət bir araya gələrək Azərbaycanın kənd təsərrüfatı və qida istehsalı sahələrində müasir və inteqrasiya olunmuş yanaşmalar təqdim edir. Bu şirkətlər müxtəlif sahələrdə ixtisaslaşaraq ölkənin qida və ərzaq təhlükəsizliyinə mühüm töhfələr verir. Aşağıda qeyd olunan şirkətlər bu qrup altında birləşərək ölkənin aqrar və qida sektorunda əsas rol oynayır:
əkinçilik üzrə ixtisaslaşmış “Agro Dairy” MMC, toxum istehsalı və emalı üzrə ixtisaslaşmış “Agro Supply” MMC, “Azərtoxum” MMC, “Süsən Agro” MMC, iribuynuzlu, xırdabuynuzlu heyvandarlıq və broyler quşçuluğu üçün yem istehsalı üzrə ixtisaslaşmış “ATS Feed” MMC (Ağdaş Yem Fabriki), “Azər Yem” MMC, soya emalı üzrə ixtisaslaşmış “ATS Soy” MMC, un istehsalı üzrə ixtisaslaşmış “Abşeron Taxıl” MMC, südçülük heyvandarlığı üzrə ixtisaslaşmış “Yalama Aqropark” MMC, “Xaçmaz Aqropark” MMC, “Qəbələ Aqropark” MMC, “Agrofresh” MMC, “Günəşli Aqropark” MMC (Cəlilabad Aqropark), ət emalı üzrə ixtisaslaşmış “Azprotein” MMC və süd emalı üzrə ixtisaslaşmış “Milla Dairy” MMC.