Niyazi Əmirbəyov bakalavr və magistr təhsilini Bakı Dövlət Universitetində “Biologiya Elmləri” üzrə almışdır. Daha sonra Azərbaycan Dövlət Neft Akademiyasında “Offshore Dəniz Təsisləri Mühəndisi” ixtisasını bitirmiş və təhsilini Duke Universitetində davam etdirmişdir.
Niyazi Əmirbəyov karyerasının böyük bir hissəsini (20 ilə yaxın) British Petroleum Azerbaijan-da müxtəlif aparıcı vəzifələrdə çalışaraq, idarəetmə, beynəlxalq tərəfdaşlıq və digər sahələrdə təcrübə qazanmışdır. Eyni zamanda, Amerikanın nüfuzlu şirkətlərindən biri olan GLG-də məsləhətçi kimi fəaliyyət göstərərək təcrübə əldə etmişdir.
Hazırda Niyazi Əmirbəyov Agro Dairy şirkətinin Baş İcraçı Direktoru vəzifəsində çalışır, burada şirkətin strateji istiqamətini, əməliyyatlarını və inkişaf təşəbbüslərini idarə edir.