Agrofresh

2020-ci ildə fəaliyyətə başlamışdır.

Ağsu rayonu Rəhimağalı kəndində yerləşən Holşteyn-Friz cinsli südlük və əkinçilik təsərrüfatıdır. Ferma ərazisi 4 tövlə, buzovluq və sağımxanadan ibarətdir. Sağımxana avtomatlaşdırılmış ən son İsrail texnologiyası ilə təchiz olunmuşdur. 2 ədəd müasir yempaylayan texnika, 1 ədəd kombayn, 3 ədəd traktor və müxtəlif növ k/t aqreqatları mövcuddur.

Agrofresh

Sahəsi 1495 ha təşkil edir. 1219 ha faktiki əkin sahəsi olmaqla , 480 ha pivot , 443 ha suvarılan 296 ha dəmyə əkin sahəsinə malikdir.

Məqsəd: Heyvanların yem tələbatının qarşılanması. Tələbatının təmin edilməsi məqsədilə yonca, arpa, dənlik və silosluq qarğıdalı, qarışıq senaj əkini həyata keçirilir.

Ümumi heyvan sayı: 967 baş Holşteyn-Frizl cinsi, Bunlardan 650 inək olmaqla 20 erkək dana, 1 ədəd Angus cinsi, 297 dişi buzov/düyələr vardır.

Məhsuldarlıq: Sağmal inəklərin ortalama süd məhsuldarlığı hazırda 35 litrin üzərində olmaqla mövcud illik süd istehsal potensialı 5500 tonun üzərindədir.