-
Öhdəliyimiz
Əməkdaşlarımızın, tərəfdaşlarımızın, müştərilərimizın etik davranışlara və qanunlara sadiq bir şirkətin partnyoru olduqlarından qəti şübhə duymadıqları bir iş mühiti yaratmışıq və bunu qoruyuruq. -
-
Davranış Kodeksi
Davranış kodeksimiz bütün əməkdaşlarımızın qərarlarını və hərəkətlərini istiqamətləndirmək üçün hazırlanmışdır. Korrupsiya, rüşvətxorluq və ya qeyri-etik biznes praktikasına qarşı qətiyyətli mövqeyimiz var və bu, bizim qırmızı xəttimizdir. Uzlaşmağı bacaran şirkət olsaq da, bu kimi hallarda kompromisə getməyimiz mümkün deyil. Biznesimizin bütün aspektlərində dürüstlük və şəffaflığı dəstəkləyir və təşviq edirik. -
-
Təlim və Maarifləndirmə
Təlimin gücünə inanırıq! Komandamıza etik dilemmalar qarşısında qalmamaları üçün müntəzəm olaraq təlimlər və seminarlar keçirilir. -
-
Uyğunsuzluqların bildirilməsi
Bu yolda bizimlə birgə addımlayan, dəyərləri bizim dəyərlərimizlə üst-üstə düşən, uyğunsuzluq və ya problemləri bizə bildirən, hər bir kəsin tövhəsini yüksək qiymətləndiririk. Xoşagəlməz hallar haqqında bizə məlumat verənlərin şəxsiyyətini anonim saxlayıb, məlumatın bütün detalları ilə araşdırılmasını təmin edirik. -
-
Qaynar Xəttimiz
Hər hansı qeyri-etik, dəyərlərimizə zidd hesab etdiyiniz davranışın şahidi olduğunuz və ya şübhə duyduğunuz halda, dərhal Uyğunluq Qaynar Xəttimiz (+994 51 252 40 20) vasitəsilə məlumat verməyinizi xahiş edirik. Bu, bizim üçün çox vacibdir. -
-
Konfidensiallıq
Biz mənfi halları bizə bildirən, onları aradan qaldırmaqda bizə dəstək olan şəxslərin məxfiliyini sonadək qoruyuruq. Məlumat verən şəxslərin mənfi nəticələrlə üzləşməyəcəyinə təminat veririk. -
-
Uyğunluq E-poçtu
Alternativ olaraq, uyğunluq e-poçt ünvanımız (compliance@agrodairy.az) vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.