Agro Dairy

2014-cü ilin sonlarından fəaliyyətə başlamışdır.

Əsas missiyası: Müasir suvarmanın, resurs qənaət edici texnologiyaların real tətbiq dairəsini genişlənməsi yolu ilə yararsız torpaqların yaxşılaşdırılaraq əkin dövriyyəsinə cəlb edilməsi, növbəli əkin sistemi, idxalın yerli istehsalla əvəz edilməsi və intensiv aqrotexnologiyaların tətbiqi ilə keyfiyyətli məhsul istehsalı, su, iqlim və torpaq ehtiyatlarının daha səmərəli istifadəsi, eyni zamanda, həyata keçirdiyi irimiqyaslı taxılçılıq təsərrüfatı yaradılması layihəsinin əhatə etdiyi regionların sosial və kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması və inkişafına töhfə verməkdir.

Agro Dairy

1) Samux rayonu
2015-ci ildən etibarən Samux rayonu ərazisində kənd təsərrüfatı üçün yararsız hesab edilən, torpaq münbitliyi və strukturu olmayan əraziləri yaxşılaşdıraraq əkin dövriyyəsinə cəlb etmiş və 3000 hektardan artıq ərazidə pivot suvarma sistemi altında irimiqyaslı intensiv bitkiçilik təsərrüfatı yaratmışdır. Təsərrüfatda mərkəzi ofis, anbarlar, xidmət emalatxanaları və 60.000 ton gücündə olan müasir silo kompleksi fəaliyyət göstərir. Gücü təqribən 5.000 m³/saat olan 3 nasos və 48 dairəvi suvarma aqreqatı (pivot suvarma sistemi) istifadə olunur.

2) Tovuz rayonu
Tovuz ərazisində əkin işlərinə 2016-cı ildən etibarən başlanılmışdır. Ərazidə su, iqlim və torpaq ehtiyatlarından daha səmərəli istifadə edilməsi, torpaqların münbitliyinin artırılması, eroziyasının qarşısının alınması, suvarma sistemi ilə su ehtiyatlarının rasional istifadəsi üçün əsaslar yaradılmış, 7 min hektardan artıq ərazinin suvarılmasını təmin etmək üçün məhsuldarlığı 15.000 m³/saat olan 4 nasos stansiyası və 105 dairəvi suvarma sistemi qurularaq istifadəyə verilmişdir. Zəruri və müasir torpaqbecərmə sistemləri və intensiv bitkiçilik texnologiyaların tətbiqi hesabına əvvəllər yarasız olan torpaqlar yaxşılaşdırılaraq əkin dövriyyəsinə cəlb edilmiş və hazırda həmin sahələrdən rekord miqdarda payızlıq buğda və arpa, şəkər çuğunduru, qarğıdalı və digər bitkilərin məhsulları istehsal edilir.

3) Hacıqabul rayonu
Hacıqabul (Padarçöl) sahəsi şirkətin inkişaf mərhələsində olan ən yeni sahələrindəndir. Ərazinin böyüklüyünə görə sahənin inkişaf etdirilməsi bir neçə mərhələyə bölünüb. İri miqyaslı taxılçılıq təsərrüfatının yaradılmasının ilkin mərhələsinə 2017-ci ildən başlanılmış və Hacıqabul rayonunun Muğan kəndi yaxınlığında 76 dairəvi suvarma sistemi üçün infrastrukturun tikintisinə investisiya qoyulmuşdur. Təsərrüfatda ümumi gücü 14.400 m³/saat olan bir nasos stansiyası və tutumu 120.000 ton olan silo obyekti mövcuddur. Silolar təmizləmə və qurutma sistemləri ilə tam təchiz olunmuşdur.

4) Cəlillabad
Cəlilabad təsərrüfatı Günəşli Aqropark və Şərqi Cəlilabad olmaqla 2 hissədən ibarətdir. 2023-cü il üzrə buğda və arpa olmaqla ümumilikdə 1657 hektar sahədə səpin işləri aparılan Cəlilabad təsərrüfatında 3 nasos stansiyası və ferma ərazisi mövcuddur.
Daha ətraflı
https://agrodairy.marcom.az/agrodairy