Agro Supply

2021-ci ildən fəaliyyət göstərir.

Şirkət Azərbaycanda, həmçinin, dünyada ilk dəfə olaraq toxum emalında yeni, “nou-hau” hesab edilən plug & play texnologiyalarını tətbiq etməyə başlamışdır. Bu texnologiya kənd təsərrüfatının davamlı inkişafı, xüsusilə də kənd təsərrüfatı prosesinə yüksək texnologiyaların tətbiqi baxımından ümumi iqtisadi inkişafı şərtləndirən ən vacib amil kimi dəyərləndirilir.

Agro Supply

5 illik təcrübəsi olan “Agro Supply” aparıcı toxum istehsalçısı olaraq, yerli bazarları keyfiyyətli payızlıq buğda və arpa toxumları ilə təmin etmək üçün Avropanın qabaqcıl toxum şirkəti olan Avstriyanın “Probstdorfer Saatzucht” toxum kampaniyası ilə strateji tərəfdaşlıq sayəsində - kreativ bitkiçilik texnologiyasına və innovativliyə əsaslanmaqla 5 mərhələli dərin toxum emalından və sertifikatlaşmadan keçən, mükəmməl cücərməni və yüksək məhsuldarlığı təmin edən yerli və beynəlxalq sortların toxumlarını istehsal edir.

Bazar tələblərinə uyğun qurulmuş istehsal xətti, alıcı istəyinə uyğun böyük (1 tonluq kisələr) və kiçik qablaşdırmalar (30-50 kq) halında həyata keçirilir. Azərbaycanın taxıl toxumçuluğunda ilk dəfədir ki, 30 kq-lıq ekoloji təmiz, ətraf mühitə ziyan verməyən kağız hissələrdə toxumluq məhsul bazara çıxarılır. Bu, məhsulun yaxşı, keyfiyyətli və uzun müddət üçün saxlanmasına təminat verir.