Elektrik-Cəlilabad təsərrüfatı

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 15 Noyabr


  • Elektrik stansiyalarında, transformator stansiyalarında və yarımstansiyalarda elektrik gərginliyinin tam kəsilməsi və xidmət göstərilən binada və ya ərazidə elektrik cihazlarının qoşulması/ayrılması ilə bağlı sadə əməliyyatları icra etmək.
  • Təhlükəsizlik qrupundan asılı olaraq 1000 V-a qədər və daha yüksək gərginlikli xətlərin kəsilməsi, sökülməsi, izolyasiyası və lehimlənməsi üzrə tapşırıqları yerinə yetirmək.
  • Elektrik açarları, çəngəl kabelləri, divardakı elektrik yuvaları və proyektorlar kimi sadə işıqlandırma qurğularını quraşdırmaq.
  • Elektrik mühərrikləri və paylayıcı şəbəkənin izolyasiya müqavimətini ölçmək və testlərini həyata keçirmək.
  • Elektrik siqnalizasiya cihazlarını quraşdırmaq və tənzimləmək.
  • Müvafiq sahə üzrə peşə təhsili
  • Elektrik ixtisas diplomu və ya sertifikatı
  • Müvafiq sahə üzrə (elektrik) minimum 2 il təcrübəsi
  • Məsuliyyətli olmaq
  • Komanda ilə işləmə bacarığı
Müraciət et

Mexanik- Ceyrançöl təsərrüfatı/Samux regionu

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 15 Noyabr
  • Mexaniki avadanlıqların texniki baxışını, diaqnostikasını, təmirini və sazlanmasını həyata keçirmək;
  • Avadanlıqların quruluşunu və iş prinsipini bilmək və texniki nasazlıqları müəyyən etmək;
  • Avadanlıqlarda yaranan nasazlıqların səbəblərini müəyyənləşdirmək və operativ şəkildə aradan qaldırmaq;
  • Nasos, reduktor, mühərrik, mexaniki ötürücü və digər sənaye avadanlıqlarının texniki xidmətini həyata keçirmək;
  • Podşipnik, salnik, mufta, val, kəmər, dişli çarx və digər mexaniki hissələrin dəyişdirilməsi və quraşdırılmasını həyata keçirmək;
  • Texniki çertyojları, sxemləri və avadanlıq pasportlarını oxumaq və onlardan iş prosesində istifadə etmək;
  • Ştangençirkul, mikrometr və digər ölçü alətlərindən düzgün istifadə etmək;
  • Preventiv texniki xidmət (PM) işlərini müəyyən edilmiş qrafik və prosedurlara uyğun həyata keçirmək;
  • Təmir və texniki xidmət zamanı istifadə olunan əl və ölçü alətlərindən düzgün və təhlükəsiz istifadə etmək;
  • Görülmüş təmir və texniki xidmət işləri barədə müvafiq qeydlərin aparılmasını təmin etmək;
  • Avadanlıqların etibarlı və fasiləsiz işləməsini təmin etmək məqsədilə texniki tədbirlər həyata keçirmək;
  • Əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
  • İşlərin müəyyən edilmiş prosedur və standartlara uyğun, vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək.
  • Ali və ya orta ixtisas texniki təhsil;
  • Mexanika, maşınqayırma, mexatronika və ya əlaqəli sahə üzrə biliklər;
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • Sənaye avadanlıqlarının, nasosların, reduktorların, mühərriklərin və mexaniki ötürücülərin iş prinsipləri üzrə biliklər;
  • Mexaniki avadanlıqların diaqnostikası, təmiri və texniki xidmətinin həyata keçirilməsi üzrə praktiki bacarıqlar;
  • Texniki çertyoj, sxem və avadanlıq pasportlarını oxumaq bacarığı;
  • Podşipnik, salnik, mufta, val, kəmər, dişli çarx və digər mexaniki hissələrlə işləmək bacarığı;
  • Preventiv texniki xidmət (PM) prinsipləri üzrə biliklər;
  • Ölçü və əl alətlərindən düzgün istifadə etmək bacarığı;
  • Əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər;
  • Komandada işləmək və verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək bacarığı;
  • Fiziki işlərə uyğunluq və istehsalat şəraitində işləmək bacarığı.



Müraciət et

Silo operatoru (Yevlax)

  • Logistics and Transportation
  • Full-time
  • Son müraciət tarixi: 19 Noyabr

·    Silo və avadanlıqlarda görünən nasazlıqlar, material sızması, tıxanma, qeyri-adi səs, vibrasiya və digər təhlükəli hallar barədə rəhbərliyə məlumat vermək.

·    Xammalın qəbulu və boşaldılması prosesinə nəzarət etmək.

·    Silolardakı xammalın səviyyəsini izləmək, dolma və boşalma proseslərini müəyyən edilmiş limitlər daxilində saxlamaq.

·    Xammalın düzgün siloya yönləndirilməsini və müxtəlif materialların qarışmasının qarşısının alınmasını təmin etmək.

·    Konveyer, şnek, klapan və dozalama sistemlərini təsdiq edilmiş iş ardıcıllığına uyğun idarə etmək.

·    İstehsalat xəttinə xammalın tələb olunan miqdarda və fasiləsiz verilməsini təmin etmək.

·    İdarəetmə panelindəki göstəriciləri, xəbərdarlıqları və avtomatlaşdırma sisteminin siqnallarını izləmək.

·    Xammalın çatışmazlığı, həddindən artıq dolma, ötürmə prosesinin dayanması və digər kənarlaşmalar barədə növbə rəisinə vaxtında məlumat vermək.

·    İş prosesi zamanı xammalın itkisinin, dağılmasının və çirklənməsinin qarşısını almaq.

·    İş yerinin təmizliyini və səliqəsini qorumaq, xammal qalıqlarının müəssisənin müəyyən etdiyi qaydada təmizlənməsini təmin etmək.

·    Növbənin sonunda işi təhvil vermək və növbəti operatora mövcud vəziyyət, xammal ehtiyatı və aşkar edilmiş problemlər barədə məlumat vermək.

·    Təhlükəsizlik qaydalarına uyğun olaraq, avadanlığın təmizlənməsi və texniki xidmətə hazırlanması proseslərində iştirak etmək.

·    Rəhbərlik tərəfindən vəzifəyə uyğun verilən digər tapşırıqları yerinə yetirmək.


·    Təhsil səviyyəsi: Ali və ya Orta ixtisas təhsil, texniki təhsil üstünlükdür.

·    İş təcrübəsi: 1-3 il

·    Dil bilikləri: Azərbaycan dili (əla)

·    Fiziki tələblər:Yoxdur

Müraciət et