Fəhlə (İstehsalat MİLL)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 05 Dekabr

Buğda emalı nəticəsində əldə olunan un və digər məhsulların standartlara uyğun qablaşdırılması, çəkilməsi, markalanması və anbara təhvil verilməsini təmin etmək.


  • Dəyirman istehsalı prosesində buğdanın emalı və hazır məhsulların istehsalında iştirak etmək;
  • Un və digər emal məhsullarının qablaşdırılmasını həyata keçirmək;
  • Məhsulların çəkilməsi, markalanması və etiketlənməsini təmin etmək;
  • Hazır məhsulların anbara və yükləmə sahəsinə daşınmasında iştirak etmək;
  • İstehsalat və qablaşdırma avadanlıqlarından düzgün istifadə etmək;
  • Keyfiyyətə nəzarət, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər istehsalat tapşırıqlarını yerinə yetirmək.



İmtiyazlar

  • 🚍 Servis xidməti – Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə;
  • 🏥 Könüllü tibbi sığorta;
  • 🍽️ Nahar ilə təminat;
  • 📍 Yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük – müəssisə Xırdalan şəhəri, Hökməli dairəsi yaxınlığında yerləşir.


  • Dəqiqlik və diqqətlilik  
  • Fiziki tam sağlam
  • Komanda ilə işləmə bacarığı  
  • İstehsalat qaydalarına riayət etmə bacarığı


Müraciət et

İstehsalat və Texniki Şöbənin Müdiri

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 30 Noyabr

"AzərYem Sənaye MMC" Balakən rayonunda yerləşən yem istehsalı müəssisəsi üçün təcrübəli İstehsalat və Texniki Şöbənin Müdirini axtarır. Şöbə müdiri bütün istehsalat və texniki əməliyyatların planlaşdırılmasına, xammal, avadanlıq və işçi qüvvəsinin maksimum səmərəliliklə idarə olunmasına, məhsulun keyfiyyət və gigiyena standartlarına tam uyğun buraxılmasına cavabdeh olacaq.

Əsas məsuliyyət sahələri


İstehsalatın planlaşdırılması

  • Satış tələbatına uyğun istehsal planlarını və çeşidlər üzrə məhsul buraxılışı qrafiklərini tərtib etmək, plan tapşırıqlarının icra üsullarını müəyyənləşdirmək.
  • İstehsal həcmini, material tələbatını və təchizat kalkulyasiyalarını hesablamaq, material sifarişlərini vaxtında vermək.
  • İstehsalat sahələrinin xammal və materiallarla fasiləsiz təminatını təşkil etmək.


Texnoloji və texniki proseslərin idarə edilməsi

  • Texnoloji proseslərin ardıcıllığını müəyyənləşdirmək, zəruri texnoloji dəyişiklikləri tətbiq etmək.
  • Avadanlıq, alət və mexaniki qurğuların texniki sazlığına, səmərəli istifadəsinə və fasiləsiz işinə nəzarət etmək.
  • İşçi qüvvəsi, avadanlıq, xammal və istehsalat sahəsindən səmərəli istifadə üzrə standartlar hazırlamaq və tətbiq etmək.


Keyfiyyət və sanitar-gigiyena

  • Yem hazırlanma prosedurlarına, hazır məhsulun saxlanma şəraitinə və sanitar-gigiyena normativlərinə tam riayət olunmasını təmin etmək.


Heyətin idarə edilməsi

  • Növbə cədvəllərini tərtib etmək, işçi qüvvəsinə tələbatı planlaşdırmaq və istehsalat komandasının fəaliyyətini əlaqələndirmək.
  • Komandanın peşəkar inkişafına və nəticəyönümlü iş mühitinin formalaşmasına dəstək vermək.


Hesabatlılıq və təhlükəsizlik

  • Rəhbərliyə müntəzəm istehsalat hesabatları təqdim etmək.
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və əmlakın mühafizəsi qaydalarına riayət olunmasını təmin etmək.


Axtardığımız namizəd profili


  • Mühəndislik, qida və ya yem sənayesi texnologiyası, istehsalatın idarə edilməsi və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil.
  • İstehsal müəssisəsində, üstünlüklə yem və ya qida emalı sahəsində, rəhbər və ya aparıcı mühəndis vəzifəsində ən azı [5] il təcrübə.
  • Yem istehsalı texnologiyası, xammalın xüsusiyyətləri, saxlanma şərtləri və sanitar-gigiyena normativləri üzrə dərin bilik.
  • İstehsal avadanlıqlarının və mexaniki qurğuların iş prinsiplərinə hakimlik.
  • İstehsalatın planlaşdırılması, resursların bölüşdürülməsi və normativ hesabatların hazırlanması təcrübəsi.


Şəxsi və idarəetmə səriştələri


  • Güclü təşkilatçılıq və koordinasiya bacarığı
  • Nəticəyönümlülük və yüksək məsuliyyət hissi
  • Komandanı idarə etmək və motivasiya etmək bacarığı
  • Effektiv kommunikasiya və problemlərin həlli qabiliyyəti


Biz təklif edirik


  • İstehsalatın inkişafına birbaşa təsir göstərmək imkanı verən rəhbər vəzifə
  • Rəqabətli əmək haqqı və KPI əsaslı bonuslar
  • Tibbi sığorta, nahar təminatı, yanacaq təminatı, yaşayış yeri
  • Peşəkar inkişaf və karyera perspektivi


Müraciət et

İstehsalat işçisi (Mill)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 04 Dekabr

Un istehsalı prosesinə gündəlik nəzarətin həyata keçirilməsi.

  • İstehsalat prosesində gündəlik işlərin yerinə yetirilməsində iştirak etmək;
  • İstehsalat sahəsində məhsul və materialların hərəkətinə nəzarət etmək;
  • İstehsal olunan məhsulların müəyyən edilmiş tələblərə uyğunluğunu vizual olaraq yoxlamaq;
  • İş prosesində qaydalara, texniki və təhlükəsizlik tələblərinə riayət etmək;
  • İstehsalat avadanlıqlarından və iş alətlərindən düzgün istifadə etmək;
  • Aşkar edilmiş uyğunsuzluqlar və problemlər barədə rəhbərə məlumat vermək;
  • İstehsalat sahəsində səliqə və nizam-intizamı qorumaq;
  • Rəhbərin verdiyi istehsalatla bağlı digər tapşırıqları yerinə yetirmək.


İmtiyazlar


🚍 Servis xidməti – Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə;

🏥 Könüllü tibbi sığorta;

🍽️ Nahar ilə təminat;

📍 Yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük – müəssisə Xırdalan şəhəri, Hökməli dairəsi yaxınlığında yerləşir.

  • Orta təhsil;
  • İstehsalat sahəsində iş təcrübəsi arzuolunandır;
  • Fiziki işə uyğunluq;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Komandada işləmək bacarığı;
  • Təhlükəsizlik qaydalarına riayət etmək.
Müraciət et

Laborant (Balakən)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 03 Dekabr

Laboratoriyada nümunələrin götürülməsi, analizlərin aparılması və nəticələrin nəzarətdə saxlanılması.

Xammal, yem və digər məhsullardan nümunələrin götürülməsini təmin etmək

Rəhbərliyin digər tapşırıqlarının icra edilməsi


· Fiziki-kimyəvi analizlərin aparılmasında iştirak etmək

· Analiz nəticələrini qeydiyyata almaq və hesabatları hazırlamaq

· Standartlara uyğun olmayan məhsullar barədə rəhbərliyə məlumat vermək

· Laboratoriya avadanlıqlarının düzgün istifadəsini və saxlanmasını təmin etmək

· Reaktivlərin düzgün saxlanmasına və istifadə qaydalarına riayət etmək

· İstehsalat sahəsindən gələn nümunələrin vaxtında analizini həyata keçirmək

· Sanitar-gigiyenik qaydalara riayət etmək


Müraciət et

"Azər Yem Sənaye" MMC-nin Direktoru

  • Finance, Business and Administration
  • Full-time
  • Son müraciət tarixi: 03 Dekabr

“AzərYem Sənaye MMC" yem istehsalı sahəsində mövqeyini gücləndirmək və növbəti inkişaf mərhələsinə keçmək üçün güclü lider axtarır. Direktor şirkətin strateji istiqamətini müəyyənləşdirəcək, istehsal və əməliyyat fəaliyyətini idarə edəcək, maliyyə nəticələrinin yüksəldilməsinə və biznesin dayanıqlı böyüməsinə birbaşa cavabdeh olacaq.

Əsas məsuliyyət sahələri


Strateji idarəetmə və biznesin inkişafı

  • Şirkətin strateji hədəflərini ölçülə bilən əməliyyat planlarına, KPI-lara və büdcəyə çevirmək, onların icrasını təmin etmək.
  • Yeni inkişaf imkanlarını müəyyənləşdirmək, biznes təkliflərini və investisiya layihələrini hazırlayıb İdarə Heyətinə təqdim etmək.
  • İdarə Heyətinə şirkətin fəaliyyəti barədə müntəzəm, şəffaf və təhlilə əsaslanan hesabatlar vermək.


İstehsal və əməliyyat mükəmməlliyi

  • Yem istehsalının bütün mərhələlərini idarə etmək, istehsal güclərindən maksimum səmərə ilə istifadəni və avadanlıqların fasiləsiz işini təmin etmək.
  • Məhsul keyfiyyətinin və texnoloji proseslərin müəyyən edilmiş standartlara tam uyğunluğuna zəmanət vermək.
  • Xammal tədarükü, saxlanması və hazır məhsul ehtiyatları üzrə effektiv idarəetmə sistemi qurmaq.
  • Xərclərin optimallaşdırılması, məhsuldarlığın artırılması və itkilərin azaldılması üzrə davamlı təkmilləşdirmə proqramları həyata keçirmək.


Maliyyə idarəetməsi

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinə, büdcə intizamına və maliyyə öhdəliklərinin vaxtında icrasına nəzarət etmək.
  • Gəlirliliyi və pul vəsaitlərinin hərəkətini yaxşılaşdırmağa yönəlmiş qərarlar qəbul etmək.


Liderlik və komandanın inkişafı

  • Bölmələrarası koordinasiyanı təmin etmək, yüksək nəticəyə yönəlmiş idarəetmə mədəniyyəti formalaşdırmaq.
  • Rəhbər heyəti inkişaf etdirmək, güclü kadr ehtiyatı yaratmaq və əmək resurslarını səmərəli idarə etmək.


Risklərin idarə edilməsi və uyğunluq

  • Əməliyyat, maliyyə və istehsalat risklərini qabaqcadan müəyyənləşdirmək və effektiv nəzarət mexanizmləri tətbiq etmək.
  • Fəaliyyətin qanunvericiliyə, korporativ idarəetmə prinsiplərinə, daxili prosedurlara və əməyin mühafizəsi tələblərinə tam uyğunluğunu təmin etmək.


İdeal namizəd profili


  • İqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik, aqrar sahə və ya əlaqəli ixtisas üzrə ali təhsil; MBA üstünlük sayılır.
  • İstehsal müəssisəsində rəhbər vəzifədə ən azı 7 il təcrübə; aqrar sənaye və ya yem istehsalı sahəsində təcrübə xüsusilə qiymətləndiriləcək.
  • İstehsal həcmlərinin artırılması, xərclərin azaldılması və ya biznesin transformasiyası üzrə rəqəmlərlə təsdiqlənən nəticələr.
  • Strateji planlaşdırma, büdcələşdirmə, maliyyə təhlili və KPI əsaslı idarəetmə üzrə dərin bilik.
  • Tədarük zənciri, ehtiyatların idarə edilməsi və keyfiyyətə nəzarət sahəsində praktiki təcrübə.
  • Korporativ idarəetmə, risklərin idarə edilməsi və normativ uyğunluq prinsiplərinə hakimlik.
  • Azərbaycan dilini sərbəst, ingilis dilini işgüzar səviyyədə bilmək.


Liderlik keyfiyyətləri


  • Strateji baxış və nəticə ilə ölçülən liderlik
  • Komandaları ruhlandırmaq və inkişaf etdirmək bacarığı
  • Təsirli kommunikasiya və danışıqlar aparmaq qabiliyyəti
  • Dəyişiklikləri idarə etmək və innovasiyalara açıqlıq
  • Təzyiq altında düzgün və vaxtında qərar qəbul etmək
  • Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq və peşəkar etika


Biz təklif edirik


  • Şirkətin inkişafına birbaşa təsir göstərmək imkanı verən strateji rəhbər vəzifə
  • Rəqabətli əmək haqqı və nəticəyə əsaslanan bonus sistemi
  • Tibbi sığorta, nəqliyyat və digər sosial təminatlar
  • Peşəkar inkişaf və uzunmüddətli karyera perspektivi


Müraciət et

Satış üzrə mütəxəssis

  • Sales and Customer Services
  • Full-time
  • Son müraciət tarixi: 03 Dekabr

Təsvir


"ATS Soy processing MMC"-nin Xırdalan şəhərində yerləşən müəssisəsi üçün şirkət məhsullarının satış strategiyasının uğurla icrasını təmin edəcək, müştəri bazasını fəal şəkildə genişləndirəcək və mövcud tərəfdaşlarla əlaqələri inkişaf etdirəcək təcrübəli Satış üzrə mütəxəssis axtarışındayıq. Bu vəzifə kommersiya danışıqlarının aparılması, sifarişlərin və müqavilələrin idarə olunması, debitor borclarına nəzarət edilməsi, bazar tendensiyalarının təhlili, eləcə də zərurət yaranqda regionlara ezamiyyətlərin həyata keçirilməsini əhatə edir.

Əsas Öhdəliklər


  • Şirkətin məhsulları üzrə satış fəaliyyətini həyata keçirmək və təyin olunmuş satış planlarının uğurla icrasını təmin etmək;
  • Yeni müştərilər axtarmaq, potensial müştəriləri cəlb etmək və şirkətin müştəri bazasını mütəmadi olaraq genişləndirmək;
  • Mövcud müştərilərlə əlaqələri qorumaq, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək;
  • Müştərilərlə birbaşa görüşlər keçirmək, məhsulların təqdimatını aparmaq və sərfəli kommersiya danışıqları təşkil etmək;
  • Müştərilərin tələbatına uyğun qiymət təklifləri hazırlamaq və daxil olan sifarişləri operativ qaydada qəbul etmək;
  • Satış müqavilələrinin hazırlanmasını, razılaşdırılmasını və icra prosesini tam əlaqələndirmək;
  • Məhsulların müştərilərə vaxtında və keyfiyyətlə çatdırılması üçün aidiyyəti struktur bölmələrlə sıx əməkdaşlıq etmək;
  • Bazar qiymətlərini, rəqiblərin fəaliyyətini və müştəri tələbatını mütəmadi izləmək və təhlil etmək;
  • Müştərilərin ödənişlərini izləmək və debitor borclarının vaxtında yığılmasını təmin etmək istiqamətində zəruri tədbirlər görmək;
  • Satış nəticələri, görülən işlər və müştəri münasibətləri barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
  • Rəhbərlik tərəfindən verilən digər ticarət əməliyyatları, satınalma və müvafiq iş tapşırıqlarını yerinə yetirmək.


Namizədə dair Tələblər


  • Təhsil: Kommersiya, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Təcrübə: Satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • Peşəkar və Texniki Biliklər:
  • Yüksək səviyyədə ünsiyyət və effektiv danışıqlar aparmaq bacarığı;
  • Analitik düşüncə, detallara diqqət və dəqiq işləmək qabiliyyəti;
  • Müştərilərlə işləmək və satış proseslərini tam idarə etmək bacarığı;
  • MS Office proqramlarında, həmçinin 1C və ya SAP proqramlarında sərbəst işləmək bacarığı;
  • Dil Bilikləri: Azərbaycan dili – sərbəst; Rus və İngilis dili bilikləri üstünlükdür;
  • Şəxsi Keyfiyyətlər və Digər Şərtlər: Nəticəyönümlülük, məsuliyyətlilik. Xırdalan ofisində fəaliyyət göstərməklə yanaşı, regionlara iş səfərlərinə (ezamiyyətlərə) hazır olmaq.

 

Müraciət et

Növbə rəisi (Xırdalan)

  • Services
  • Full-time
  • Son müraciət tarixi: 03 Dekabr

Müəssisənin ərazisində təhlükəsizliyin təmin olunmasına, mühafizə əməkdaşlarının fəaliyyətinə və növbə üzrə işin düzgün təşkilinə nəzarət etmək.


  • Təhlükəsizlik əməkdaşlarının işini təşkil etmək və onlara nəzarət etmək;
  • Növbə ərzində müəssisənin ərazisində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Müəssisəyə giriş-çıxışa və buraxılış rejiminə nəzarət etmək;
  • Ərazidə baş verən hadisə və qayda pozuntularını araşdırmaq;
  • Fövqəladə hallar zamanı operativ tədbirlər görmək;
  • Növbə ərzində baş verən hadisələr barədə rəhbərliyə məlumat vermək;
  • Növbə təhvil-təslimini düzgün həyata keçirmək;
  • Daxili intizam və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.


İmtiyazlar:

  • 🚍 Servis xidməti – Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə;
  • 🏥 Könüllü tibbi sığorta;
  • 🍽️ Nahar ilə təminat;
  • 📍 Yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir. Müəssisə Xırdalan şəhəri, Hökməli dairəsi yaxınlığında yerləşir.


  • Təhsil: Orta və ya ali təhsil;
  • İş təcrübəsi: Təhlükəsizlik sahəsində iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – əla;
  • Hərbi xidmət: Hərbi xidmət keçmiş olmalı;
  • Fiziki vəziyyət: Sağlam və fiziki cəhətdən hazırlıqlı olmalı;
  • Ezamiyyət tələbi: Bəli.
Müraciət et

Fəhlə (Balakən)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 15 Noyabr

· Yüklərin vurulması və daşınmasının norma və qaydalarınına riayət etmək

· Daxili əmək rejimi qaydalarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydalara riayət etmək

· Yüklərin boşaldılması, yüklənməsi, yerdəyişməsi və qablaşdırılmasını həyata keçirmək

· İstehsalat anbarının təmizliyinə riayət etmək

· Xamalın boşaldılmasının təşkili

· Siloların təmizliyinə riayət edilməsi

· Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək

· Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək

· İşə vaxdı normalarına riayət edilməsi

Yüklərin boşaldılması, yüklənməsi, yerdəyişməsi və qablaşdırılmasını həyata keçirirmək

Təhsil səviyyəsi: Orta

Yaş aralığı : 20-45       

Dil bilikləri: Azərbaycan dili

Gecə növbəsində işləmək

Müraciət et

Silo fəhləsi (Ağdaş rayonu)

  • Logistics and Transportation
  • Full-time
  • Son müraciət tarixi: 20 Noyabr

· Yüklərin vurulması və daşınmasının norma və qaydalarınına riayət etmək

· Daxili əmək rejimi qaydalarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydalara riayət etmək

· Yüklərin boşaldılması, yüklənməsi, yerdəyişməsi və qablaşdırılmasını həyata keçirirmək

· İstehsalat anbarının təmizliyinə riayət etmək

· Xamalın boşaldılmasının təşkili

· Siloların təmizliyinə riayət edilməsi

· Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək

· İşə vaxdı normalarına riayət edilməsi

· İşçi özünün və digər əməkdaşların əməyin mühafizəsi və təhlükəsizliyi tələblərinə riayət etməsinə, təhlükəsiz əmək şəraitinin təmin edilməsinə və müəyyən edilmiş təhlükəsizlik qaydalarının pozulmasının qarşısının alınmasına görə məsuliyyət daşıyır.


· Kvalifikasiyalar:

· Təhsil səviyyəsi: Orta

· Dil bilikləri: Azərbaycan dili (əla)

· Ezamiyyət tələbləri: Yoxdur

· Fiziki tələblər: Var

Müraciət et

Xammal anbardarı (Ağdaş)

  • Logistics and Transportation
  • Full-time
  • Son müraciət tarixi: 20 Noyabr

·  Qəbul ediləcək xammal haqqında məlumat

·  Gələn xammal maşınlarını qəbul edib silo anbarlarına və istehsal sahəsinə yönləndirmək

·  Xammalın bunkerlərə boşaldılmasını və əgər xammal kisələrdə gələrsə, kisələri açıb bunkerlərə boşaldılmasını təmin etmək

·  Fabrikə daxil olan və çıxan xammaların sistemə işlənməsi

·  Silo operatorlarına xamalın qəbulu ilə bağlı göstərişlərin verilməsi

·  Müəssisə daxili qaydalar və onlara riayət olunması

·  Silo anbarlarının ziyanvericilərdən qorunması ilə bağlı keyfiyyətə nəzarət şöbəsi ilə sıx əlaqədə olaraq dərmanlama işlərinin həyata keçirilməsinin təşkili

·  Ümumi qaydalar və əməyin mühafizəsi, texniki təhlükəsizlik, heyvandarlıqda gigiyena və yanğından mühafizə qaydalarının tələblərə uyğun əməl olunması

. Xammal qəbulu hesabatlarının aparılması

·   Kvalifikasiyalar:

·   Təhsil səviyyəsi: Ali təhsil

·   İş təcrübəsi: 1-3 il            

·   Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (orta) Rus dili (orta)

·  Kompyuter bilikləri: Word (yaxşı) Excel (yaxşı)


Müraciət et

Nəzarətçi (Cəlilabad)

  • Services
  • Full-time
  • Son müraciət tarixi: 30 Noyabr

Cəlilabad dəyirmanı ərazisində təhlükəsizlik və nəzarəti təmin edir, giriş və çıxışları idarə edir, təhlükəsizlik avadanlıqlarını izləyir, təhlükəsizlik məsələlərini həll edir və hesabatlar təqdim edir.


  • Zavod ərazisini izləmək, təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək, qeyri-qanuni fəaliyyətləri və riskləri aşkar etmək
  • Növbəni təhvil verən nəzarətçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, yanğına qarşı inventarın olmasını, siqnalizasiyanı, telefonun sazlığını, işıqlanmanın olmasını təmin edir. 
  • Müəssisə, idarə, təşkilatın girəcəyində növbə çəkdikdə işlərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə, təşkilatın ərazisinə və lazımi sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət
  • Faktiki yüklənmiş yükün sənədlərlə tutuşdurulması, darvazanın açılıb bağlanması
  • Jurnalda qeydlər aparmaqla növbənin qəbul edilməsi və təhvil verilməsi 
  • Giriş-çıxış sahəsini lazımi sanitariya vəziyyətində saxlanılması
  • Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək.
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına tam əməl etmək.
  • Təhsil səviyyəsi: Orta
  • Hərbi xidmətini başa vurmuş olmalı
  • İş təcrübəsi: 1-3 il
  • Dil bilikləri: Azərbaycan dili (əla)  
  • Ezamiyyət tələbləri: Bəli
  • Fiziki tələblər: Sağlam.
Müraciət et

Fəhlə (Anbar -Mill)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 15 Noyabr

Əsas məqsədi taxıl, buğda və digər xammalların qəbul edilməsi, daşınması, saxlanılması, yüklənməsi və boşaldılması proseslərinin təhlükəsiz, fasiləsiz və müəyyən edilmiş istehsalat qaydalarına uyğun icrasını təmin etməkdir.  


  • Taxıl, buğda və digər xammalların nəqliyyat vasitələrindən boşaldılması və anbarlara qəbulunda iştirak etmək;  
  • Xammalın silo, anbar və istehsalat sahələri arasında daşınmasını təmin etmək;  
  • Elevator, konveyer və digər istehsalat avadanlıqlarının təmizlənməsi, yığılması və sökülməsi işlərində iştirak etmək;  
  • Hazır məhsulların (un, kəpək və s.) yüklənməsi, boşaldılması və yerləşdirilməsi proseslərini həyata keçirmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;  
  • Müəssisənin daxili intizam qaydalarına əməl etmək.


İmtiyazlar

  • 🚍 Servis xidməti – Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə;
  • 🏥 Könüllü tibbi sığorta;
  • 🍽️ Nahar ilə təminat;
  • 📍 Yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük – müəssisə Xırdalan şəhəri, Hökməli dairəsi yaxınlığında yerləşir.



  • İstehsalat və anbar avadanlıqları ilə işləmək bacarığı;  
  • Fiziki tam sağlam 
  • Diqqətlilik və məsuliyyətlilik;  
  • Komanda ilə işləmək bacarığı;  
  • Sanitariya-gigiyena və təhlükəsizlik qaydalarına riayət etmək bacarığı. 
Müraciət et