İnsan Resursları üzrə mütəxəssis

  • Finance, Business and Administration
  • Full-time
  • Son müraciət tarixi: 31 Avqust
  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliklərinin icra edilməsi;
  • Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması;
  • İşçi məlumat bazasının mütəmadi yenilənməsi;
  • Məzuniyyət əmrlərinin hazırlanması, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak və məzuniyyətin tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət edilməsi;
  • Əmrlərin, xəstəlik vərəqələrinin hazırlanması və onlara əsasən müvafiq hesablamaların aparılması və nəzarət edilməsi;
  • Əməkhaqqı və məzuniyyət hesablamalarında iştirak edilməsi;
  • İR əməliyyatları ilə bağlı hesabatların hazırlanması.


  • Ali təhsil (İnsan Resursları, Biznesin idarəedilməsi və ya əlaqəli sahələr üzrə);
  • İnsan resursları sahəsində 1 il iş təcrübəsi;
  • Əmək qanunvericiliyi, kadr uçotu və İnsan resursları prosedurları barədə biliklər;
  • Sənədlərlə iş (əmr, müqavilə və s.) üzrə təcrübə;
  • 1C və Ms Office (xüsusi ilə Excel) proqramlarını sərbəst istifadə etmək bacarığı;
  • Konfidensiallıq tələb olunan məlumatlarla işləmək bacarığı;
  • Detallara diqqət, məsuliyyətlilik və nəticəyönümlülük;
  • Komanda ilə işləmək bacarığı;
  • Səlis Azərbaycan dili, İngilis dili biliyi arzuolunandır.


Müraciət et

Anbardar (Qəbələ)

  • Logistics and Transportation
  • Full-time
  • Son müraciət tarixi: 14 Avqust
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
  • Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal şöbə rəhbərini və mühasibatlığı məlumatlandırmaq;
  • Anbardan malları yalnız müəssisə rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
  • İş gününün əvvəlində və sonunda anbar qalığı təftişini etmək, məlumatları şöbə rəhbərinə bildirmək;
  • Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;
  • Malların anbarda yığım və düzülüşünü təftiş (audit) üçün nizamlı şəkildə edilməsinə nəzarət etmək, mal buraxılışında təlimat qaydalarına riayət etmək;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
  • Anbara daxil və xaric olan malları 1C sisteminə daxil etmək və təyin edilən qaydalar üzrə rəsmiləşməni həyata keçirmək;
  • Minimum anbar qalığını gündəlik olaraq izləmək və dövri sifarişlərin alışı üçün şöbə rəhbərinə məlumat vermək.
  • Təhsil: Ali təhsil;
  • Dil bilikləri: İngilis dili (orta səviyədə);
  • İş təcrübəsi: Müvafiq sahədə min 2 il;
  • Şəxsi keyfiyyətlər: Dəqiq, punktual, stressə davamlı, məsuliyyətli;
  • MS Office və 1C proqram bilikləri, MS Outlook.
Müraciət et