Mexanizator

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 08 Avqust
  • İşə başlamazdan əvvəl kənd təsərrüfatı maşınlarının bütün mexanizmlərinin və təhlükəsizlik sistemlərinin texniki vəziyyətini yoxlamaq;
  • Kənd təsərrüfatı texnikasında aşkarlanmış nasazlıqlar barədə operativ şəkildə rəhbərliyə məlumat vermək və zərurət olduqda onların aradan qaldırılması prosesində iştirak etmək;
  • İş prosesində texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etmək;
  • Texnoloji rejim normalarına, təsdiqlənmiş texnoloji reqlament və təlimatlara tam uyğun şəkildə fəaliyyət göstərmək;
  • Aqrotexniki işlərin yerinə yetirilməsi zamanı kənd təsərrüfatı texnikasının istifadəsinə dair bütün normativ və qaydalara əməl etmək;
  • Dərman səpən qurğularda dərman məhlullarının hazırlanmasını yalnız aqronom və ərazi üzrə məsul şəxsin iştirakı ilə həyata keçirmək və bu zaman müvafiq fərdi mühafizə vasitələrindən (FMV) istifadə etmək.
  • Orta təhsil;
  • Traktor idarəetmə hüququ verən müvafiq sürücülük vəsiqəsinə malik olmaq (müvafiq kateqoriya);
  • Kənd təsərrüfatı texnikasının istismarı və texniki baxışı üzrə bilik və bacarıqlara malik olmaq;
  • Aqrotexniki proseslər və sahə işlərinin texnoloji ardıcıllığı barədə anlayışa sahib olmaq;
  • Texniki və yanğın təhlükəsizliyi qaydalarını bilmək və onlara əməl etmək bacarığı;
  • Komandada işləmə bacarığı və yüksək məsuliyyətə sahib olmaq.


Müraciət et

Elektrik-Padarçöl

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 03 Avqust


  • Elektrik stansiyalarında, transformator stansiyalarında və yarımstansiyalarda elektrik gərginliyinin tam kəsilməsi və xidmət göstərilən binada və ya ərazidə elektrik cihazlarının qoşulması/əlaqənin kəsilməsi ilə bağlı sadə əməliyyatların icra edilməsi
  • Təhlükəsizlik qrupundan asılı olaraq 1000 V-a qədər və ondan artıq gərginlikli xətlərin kəsilməsi, sökülüb çıxarılması, izolyasiyası və lehimlənməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsi
  • Elektrik açarları, elektrik çəngəllərinin kabelləri, divardakı elektik yuvaları və proyektorlar kimi sadə işıqlandırma qurğularının quraşdırılması.
  • İzolyasiya müqavimətini yoxlamaq üçün ölçmələr aparmaq da daxil olmaqla, elektrik mühərriklərinin və paylayıcı şəbəkənin izolyasiya müqavimət testlərini həyata keçirmək.
  • Elektrik siqnalizasiya cihazlarının quraşdırılması və tənzimlənməsi.
  • Müvafiq sahə üzrə peşə /orta ixtisas təhsil;
  • Elektrik ixtisas diplomu və ya sertifikatı
  • Müvafiq sahə üzrə (elektrik) minimum 2 il təcrübəsi;
  • Yüksəklikdə iş bacarığı;
  • Komanda ilə işləmə bacarığı.
Müraciət et

Aqronom

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 15 Avqust
  • Torpağın hazırlanması, gübrələmə, toxum səpilməsi və məhsul yığımında keyfiyyətə nəzarət etmək;
  • Bitki mühafizəsi fəaliyyətlərini izləyərək zərərvericilər və xəstəliklərin risklərini azaltmaq;
  • Texnikanın düzgün idarə olunması və avadanlıqların səmərəli istifadəsini təmin etmək;
  • Aqrotexniki əməliyyatları optimallaşdıraraq resurs bölgüsünü və planlaşdırmanı idarə etmək;
  • Kənd təsərrüfatı məhsullarının keyfiyyətini artırmaq üçün mütəmadi olaraq monitorinq aparmaq;
  • Müvafiq şöbə ilə əlaqəli rəhbər tərəfindən təyin edilən digər tapşırıqları və ya layihələri icra etmək.


  • Ali təhsil, kənd təsərrüfatı, aqronomiya və ya müvafiq sahədə bakalavr dərəcəsi;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinə sahib olmaq;
  • MS Office proqramları üzrə biliklər;
  • Bitkilərin vəziyyətini müntəzəm olaraq izləmə və ətraflı məlumat toplama bacarığı;
  • Torpaqdan nümunələr götürmə və aqrotexniki təcrübələri effektiv şəkildə tətbiq etmə bacarıqları:
  • Aaycan dilində yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Analitik düşünmə bacarığı və problem həll etmə qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığı.



Müraciət et

Suvarma üzrə Nəzarətçi-Ceyrançöl təsərrüfatı

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 10 Avqust
  • Suvarma sistemlərinin fasiləsiz və düzgün fəaliyyətini təmin etmək;
  • Pivotların növbəli şəkildə və müəyyən olunmuş cədvələ əsasən su ilə təmin edilməsinə nəzarət etmək;
  • Nasosların vaxtında işə salınması və iş prosesinə nəzarət etmək;
  • Suvarma ilə bağlı bütün məlumatların dəqiq və düzgün qeydiyyatının aparılması təmin etmək;
  • SCADA sistemi ilə işləmək və monitorinq prosesini idarə etmək;
  • Nasosların texniki vəziyyətinə nəzarət etmək.
  • Suvarma və nasos sistemləri ilə işləmək sahəsində minimum 2 il təcrübə;
  • Ciddilik, yüksək məsuliyyət hissi və dəqiqlik;
  • İşgüzar və intizamlı yanaşma;
  • SCADA və ya oxşar nəzarət sistemləri ilə işləmək bacarığı;
  • Elektrik sahəsində texniki biliklər üstünlük sayılır.


Müraciət et

Gömrük rəsmiləşdirməsi üzrə mütəxəssis

  • Finance, Business and Administration
  • Full-time
  • Son müraciət tarixi: 04 Avqust
  • İdxal, ixrac və tranzit yüklərinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi;
  • Gömrük bəyənnamələrinin düzgün və gecikməsiz tərtib edilməsinə nəzarət;
  • Gömrük orqanları ilə yazılı və şifahi şəkildə effektiv əlaqələrin qurulması;
  • Gömrük brokerləri ilə işlərin koordinasiya edilməsi;
  • AQTA müraciətləri və ödənişlərinin həyata keçirilməsi;
  • Hesabatların hazırlanması və Rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi;
  • Şəxsi avtomobilin olması arzuolunandı.


  • Ali təhsil;
  • Sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, rus və ingilis dili biliyi arzuolunandır;
  • Operativlik və çeviklik;
  • Problem həll etmə bacarığı;
  • Analitik düşüncə qabiliyyəti və riyazi biliklər;
  • Yüksək səviyyəli ünsiyyət və təqdimat bacarıqları.
  • Kompüter bilikləri: MS Office (MS Excel, MS Word, MS Outlook) 
Müraciət et

Elektrik-Ceyrançöl təsərrüfatı

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 10 Avqust
  • Kənd təsərrüfatı obyektlərində elektrik avadanlıqlarının quraşdırılması və təmiri.
  • Elektrik sistemlərinin gündəlik yoxlanılması və təhlükəsizlik qaydalarına əməl olunması.
  • Elektrik nasazlıqlarının tez bir zamanda müəyyənləşdirilməsi və aradan qaldırılması.
  • İşıqlandırma və digər elektrik qurğularının düzgün işləməsinə nəzarət.
  • Ehtiyac olduqda yeni elektrik xətləri çəkmək və kabelləri dəyişdirmək.
  • İstehsalat avadanlıqlarının elektrik hissələrinin baxış və texniki xidmətinin aparılması.
  • Qəza hallarında təcili müdaxilə və elektrik təchizatının bərpası.
  • Texniki sənədlərin və hesabatların hazırlanmasında iştirak.
  • Orta texniki təhsil
  • Elektrik sahəsində ən az 2 illik iş təcrübəsi.
  • Elektrik sxemlərini oxuma bacarığı və texniki biliklər.
  • Elektrik təhlükəsizliyi qaydalarına ciddi riayət etmək.
  • Fiziki sağlamlıq və məsuliyyətli yanaşma.
  • Kənd təsərrüfatı avadanlıqları ilə işləmək bacarığı üstünlükdür.
  • Komanda ilə işləmə qabiliyyəti və nizam-intizam.
  • Qəzalı hallarda çevik və operativ reaksiya vermə bacarığı.
Müraciət et