Prosesə və məhsul uyğunluğu üzrə mütəxəssis

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 29 October

Uyğunsuzluqlar zamanı analitik məlumatları toplamaq, istehsalat parametrlərini təhlil etmək və kənarlaşmanın kök səbəbini müəyyən etməkdə iştirak etmək

Müştəri və daxil olan bazar şikayətləri üzrə şikayət edilən partiyanın istehsal parametrlərini, izlənilirlik qeydlərini və şahid nümunələrini araşdıraraq QA hesabatı hazırlamaq

Anbar sahələrinin və anbardakı məhsulların temperatur fərqlərinin müəyyənləşdirilməsi, mütəmadi monitorinqi.

Uyğunsuz anbar şəraitinin məhsulun raf ömrünə təsirinin izlənilməsi və qiymətləndirilməsi. 

Xammal, yarımfabrikat, hazır məhsul və sərf materialı anbarlarında saxlanma rejimini və FIFO prinsiplərini mütəmadi audit etmə

Texnoloji rejimlərin standart əməliyyat prosedurlarına uyğunluğunun inspeksiyası

Bəy namizədlərə üstünlük veriləcəkdir(iş mühiti səbəbi ilə)

Qida mühəndisliyi, Kimya mühəndisliyi, Biomühəndislik və ya müvafiq texniki sahələr üzrə ali təhsil.

Proses kontrol üzrə istehsal təcrübəsi

Süd və ya qida sənayesi sahəsində Keyfiyyətə Nəzarət, Keyfiyyətin Təminatı və ya İstehsalat üzrə minimum 2-3 il iş təcrübəsi.

Süd və süd məhsulları istehsalının texnoloji prosesləri, mass-balans hesablama metodologiyası bilikləri. Qida təhlükəsizliyi idarəetmə sistemləri (FSSC 22000, HACCP) və milli qanunvericilik standartları üzrə biliklər.

Kök Səbəb Analizi (RCA - 5 Why, Fishbone) və Data Analitikası bacarıqları.

Analitik təfəkkür, detallara diqqət, çarpaz şöbələrlə (İstehsalat, Mühəndislik, Anbar, R&D) effektiv kommunikasiya qurma bacarığı.


Apply Now

Tədarük və inventarların idarəedilməsi bölmə rəhbəri

  • Finance, Business and Administration
  • Full-time
  • Deadline for Applications: 22 October

* İstehsal planı icra edildiyi zaman digər departamentlər tərəfindən verilən sənədlərdə (məsələn, satışın həftəlik və aylıq proqramı) uyğunsuzluq aşkar edildikdə onu qarşı tərəflərlə korreksiya edilməsi (MRP izlənilməsi);

* Planın tərtib edilməsi üçün zəruri olan daxil olan sənədləri qəbul etməsi, orada olan məlumatların düzgünlüyünü və etibarlılığının yoxlanılması;

* Planın bütün mərhələlərinin uçotunu aparır və icrasına nəzarət etməsi, planlaşdırılmış hədəflər üzrə fəaliyyət göstəricilərini toplaması və emal etməsi, nəzarətin nəticələrinə əsasən analitik qeydlər, zəruri hesabatların hazırlanması və birbaşa rəhbərə təqdim etməsi;

* Müəssisə resurslarının səmərəli istifadəsi (xammal və qablaşdırma materialları; az hərəkətli (slow-moving) və hərəkətsiz (non-moving) materiallar) üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edilməsi;

* Müəssisədə yeni layihələrin həyata keçirilməsinin texniki-iqtisadi əsaslandırılmasında (yeni məhsulların tətbiqi) iştirak etməsi;

* Satış proqnozlarının təmin olunmasının mümkün olmadığı məhsullar üzrə məlumatların əvvəlcədən təqdim edilməsi;

* Birbaşa rəhbərin tapşırığı ilə planın ayrı-ayrı bölmələrinin işlənməsini həyata keçirməsi, onlar üçün hesablamalar və əsaslandırmalar aparması;

* Satış proqnozlarına uyğun olaraq istehsal planının (MPS) hazırlanması;

* Hazırlanmış istehsal planına uyğun mal-material ehtiyacları planlarının (MRP) hazırlanması;

* Səmərəli istehsal planının icrası məqsədilə departament-daxili şöbələrlə koordinasiya etmək;

* Sahənin istehsalat fəaliyyəti üzrə cari istehsalın planlaşdırılması, uçotu, tərtibi və vaxtında hesabatın verilməsini təşkil edilməsi;

* Strateji məhsulların planlı istehsalı və əsas və dövriyyə vəsaitlərinin kritik dövrlərdə səmərəli istifadəsinin təmin edilməsi.


Ali təhsil – bakalavr və ya magistr dərəcəsi (Sənaye mühəndisliyi, Təchizat Zəncirinin İdarəedilməsi, Əməliyyatların İdarəedilməsi, İqtisadiyyat və ya əlaqəli sahə); FMCG sektorunda istehsal planlaşdırılması, təchizat planlaşdırılması, MRP/MPS və ya təchizat zənciri funksiyaları üzrə minimum iş təcrübəsi;

Azərbaycan dilini səlis bilməli (Rus və İngilis dili arzuolunandır);

ERP sistemləri ilə praktiki iş təcrübəsi (1C);

Microsoft Office proqramları (Power BI) üzrə yüksək səviyyədə bilik;

MPS/MRP, tələbin proqnozlaşdırılması, ehtiyatların idarə edilməsi, təhlükəsizlik ehtiyatının (safety stock) müəyyənləşdirilməsi və istehsal planlaşdırılması məntiqi üzrə dərin bilik;

Yüksək analitik düşüncə və problem həll etmə qabiliyyəti (hesabatların hazırlanması, uyğunsuzluqların təhlili, xərclərin səmərəliliyinin qiymətləndirilməsi üzrə təcrübəyə əsaslanan).


Apply Now