Baş Zootexnik (Qəbələ)

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 22 August

"Qəbələ Aqropark MMC" olaraq heyvandarlıq kompleksimizin istehsalat fəaliyyətinə rəhbərlik edəcək, məhsuldarlığın artırılması və müasir texnologiyaların tətbiqi üzrə zəngin təcrübəyə malik Baş Zootexnik axtarırıq.


Bu vəzifə təsərrüfat daxilində yemləmə rasionlarının hazırlanmasından tutmuş, seleksiya-damazlıq işlərinə, süd/ət istehsalı göstəricilərinin təhlilinə və böyük komandanın idarə olunmasına qədər geniş bir sahəni əhatə edir. Əgər siz iri heyvandarlıq komplekslərinin idarə edilməsində təcrübəyə, analitik yanaşmaya və güclü liderlik keyfiyyətlərinə sahibsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!

Əsas Vəzifə Öhdəlikləri:


İstehsalatın Planlaşdırılması və Texnoloji Nəzarət:


  • Müəssisədə heyvandarlıq sahəsinin ümumi fəaliyyətini planlaşdırmaq, təşkil etmək və kəsintisiz icrasına nəzarət etmək.
  • Heyvanların saxlanılması, bəslənməsi və qulluq texnologiyalarının müasir standartlara uyğun düzgün tətbiqini təmin etmək.
  • Süd, ət və digər heyvandarlıq məhsullarının istehsal göstəricilərini mütəmadi təhlil etmək, məhsuldarlığın artırılması üzrə strateji tədbirlər planı hazırlamaq.
  • Heyvandarlıq binalarında sanitariya-gigiyena, mikroiqlim və biotəhlükəsizlik qaydalarına ciddi əməl olunmasını təmin etmək.


Yemləmə, Seleksiya və Uçot:


  • Heyvanların inkişaf dövrlərinə uyğun yemləmə proqramlarını və balanslaşdırılmış yem rasionlarını hazırlamaq, onların icrasına nəzarət etmək.
  • Yem ehtiyatlarının düzgün, səmərəli istifadəsinə və optimal şəraitdə saxlanılmasına nəzarət etmək.
  • Damazlıq və seleksiya işlərini təşkil etmək, sürünün cins tərkibinin və genetik potensialının yaxşılaşdırılması istiqamətində tədbirlər görmək.
  • Heyvanların identifikasiyası, məhsuldarlığı və reproduktiv göstəriciləri üzrə dəqiq uçotun aparılmasını təmin etmək.


Əlaqələndirmə və Komanda İdarəetməsi:


  • Baytar həkimləri ilə birlikdə heyvanların sağlamlığının qorunması, profilaktik tədbirlərin və peyvənd proqramlarının həyata keçirilməsini əlaqələndirmək.
  • Heyvandarlıq sahəsində çalışan işçilərin fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və metodiki göstərişlər vermək.
  • İstehsal göstəriciləri üzrə aylıq, rüblük və illik hesabatların hazırlanmasını təmin etmək və rəhbərliyə təqdim etmək.


Namizədə dair Tələblər:


  • Təhsil: Zootexnika, Heyvandarlıq və ya Baytarlıq üzrə ali təhsil.
  • Dil bilikləri: Azərbaycan dili – ana dili, İngilis dili –üstünlükdür.
  • Təcrübə: İri heyvandarlıq (xüsusilə süd və/və ya ət yönümlü aqroparklar/fermalar) sahəsində minimum 5 il zootexnik, bunun minimum 2-3 ili Baş Zootexnik və ya rəhbər heyətdə iş təcrübəsi.
  • Peşəkar Biliklər:
  • Müasir yemləmə proqramları və balanslaşdırılmış rasion tərtibi proqramları ilə işləmək bacarığı.
  • Sürü idarəetmə və seleksiya proqramları haqqında dərin biliyə malik olmaq.
  • İri fermalarda avtomatlaşdırılmış sağım və yemləmə sistemlərinin iş prinsiplərini bilmək.
  • Kompüter Bilikləri: MS Office və hesabatlılıq proqramlarından sərbəst istifadə.
  • Şəxsi Keyfiyyətlər: Güclü liderlik, idarəetmə və təşkilatçılıq bacarığı, analitik düşüncə, stresə davamlılıq və problem həll etmə qabiliyyəti.


Apply Now

Baytar təcrübəçi (Yalam Aqropark)

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 07 August

Yalama Aqropark MMC gənc istedadların kəşf edilməsi və aqrar sektorda peşəkar kadrların yetişdirilməsi məqsədilə Baytar Həkim ixtisası üzrə təcrübə proqramı elan edir.


Bu proqram karyerasını heyvandarlıq və kənd təsərrüfatı sahəsində qurmaq istəyən, öyrənməyə həvəsli və inkişafa meyilli yeni məzunlar üçün ideal fürsətdir.

Təcrübə proqramı çərçivəsində öyrənəcəyiniz və iştirak edəcəyiniz proseslər:


  • Müalicə və Profilaktika: Təsərrüfat üzrə epizotik xəstəliklərə qarşı vaksinasiya planının icrası, xəstə heyvanların aşkarlanması və təyin edilmiş metodla müalicə-profilaktika işlərinin aparılması.
  • Doğuş və Çoxalma: Doğuş proseslərinə müdaxilə, doğuş sonrası müalicə, heyvanlarda boğazlığın müayinəsi, süni mayalanma və təbii cütləşmə proqramlarının icrasına nəzarət.
  • Buzovlara Qulluq: Buzovların müayinəsi, müalicəsi, buynuzsuzlaşdırılması; onların südlənməsi, yemlənməsi və altlıqların təmizliyi/dezinfeksiyası proseslərinə nəzarət.
  • Sanitariya və Nəzarət: Heyvanlar saxlanılan binalarda dezinfeksiya işlərinin təşkili, tələf olan heyvanlardan analiz materiallarının götürülməsi və məhv edilməsinə nəzarət, karantin tədbirlərinin icrası.
  • Uçot və Sənədləşmə: Baytarlıq preparatlarının sifarişi, dərmanların saxlanılması və istifadəsinə nəzarət, müvafiq qeydiyyat jurnallarında uçot-hesabat işlərinin aparılması.


Namizədə dair Tələblər:

  • Təhsil: Baytarlıq təbabəti üzrə ali təhsilini yeni bitirmiş məzun.
  • Şəxsi keyfiyyətlər: Karyerasını bu sahədə davam etdirməyə yüksək həvəs, potensial inkişafa meyillilik və gərgin iş rejimində öyrənmək istəyi.


Apply Now

Baytar təcrübəçi (Qəbələ Aqropark)

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 07 August

Qəbələ Aqropark MMC gənc istedadların kəşf edilməsi və aqrar sektorda peşəkar kadrların yetişdirilməsi məqsədilə Baytar Həkim ixtisası üzrə təcrübə proqramı elan edir.


Bu proqram karyerasını heyvandarlıq və kənd təsərrüfatı sahəsində qurmaq istəyən, öyrənməyə həvəsli və inkişafa meyilli yeni məzunlar üçün ideal fürsətdir.

Təcrübə proqramı çərçivəsində öyrənəcəyiniz və iştirak edəcəyiniz proseslər:


  • Müalicə və Profilaktika: Təsərrüfat üzrə epizotik xəstəliklərə qarşı vaksinasiya planının icrası, xəstə heyvanların aşkarlanması və təyin edilmiş metodla müalicə-profilaktika işlərinin aparılması.
  • Doğuş və Çoxalma: Doğuş proseslərinə müdaxilə, doğuş sonrası müalicə, heyvanlarda boğazlığın müayinəsi, süni mayalanma və təbii cütləşmə proqramlarının icrasına nəzarət.
  • Buzovlara Qulluq: Buzovların müayinəsi, müalicəsi, buynuzsuzlaşdırılması; onların südlənməsi, yemlənməsi və altlıqların təmizliyi/dezinfeksiyası proseslərinə nəzarət.
  • Sanitariya və Nəzarət: Heyvanlar saxlanılan binalarda dezinfeksiya işlərinin təşkili, tələf olan heyvanlardan analiz materiallarının götürülməsi və məhv edilməsinə nəzarət, karantin tədbirlərinin icrası.
  • Uçot və Sənədləşmə: Baytarlıq preparatlarının sifarişi, dərmanların saxlanılması və istifadəsinə nəzarət, müvafiq qeydiyyat jurnallarında uçot-hesabat işlərinin aparılması.


Namizədə dair Tələblər:

  • Təhsil: Baytarlıq təbabəti üzrə ali təhsilini yeni bitirmiş məzun.
  • Şəxsi keyfiyyətlər: Karyerasını bu sahədə davam etdirməyə yüksək həvəs, potensial inkişafa meyillilik və gərgin iş rejimində öyrənmək istəyi.


Apply Now

Zootexnik təcrübəçi (Yalama Aqropark)

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 07 August

Yalama Aqropark MMC gənc istedadların kəşf edilməsi və aqrar sektorda peşəkar kadrların yetişdirilməsi məqsədilə Zootexnik ixtisası üzrə təcrübə proqramı elan edir.


Bu proqram karyerasını heyvandarlıq və kənd təsərrüfatı sahəsində qurmaq istəyən, öyrənməyə həvəsli və inkişafa meyilli yeni məzunlar üçün ideal fürsətdir.

Təcrübə proqramı çərçivəsində öyrənəcəyiniz və iştirak edəcəyiniz proseslər:


  • Yemləmə və Rasion İdarəetməsi: Yemləmə proqramı əsasında gündəlik yemləmənin təşkili, heyvanların qruplaşdırılmasına uyğun rasionun hazırlanması və yem paylayan maşınların iş qrafikinə nəzarət.
  • Keyfiyyətə Nəzarət: Ot anbarı, silos quyularına gündəlik baxış; qəbul olunan ot, silos və hazır yemlərin, eləcə də əkinçilikdən gələn məhsulların keyfiyyətinin yoxlanılması.
  • Analiz və Hesabatlılıq: Süd, yem və peyin analizlərinin müntəzəm həyata keçirilməsi, yem və sürü məlumatlarının toplanaraq zootexniki hesabatların hazırlanması.
  • Sürü İdarəetməsi və İstehsalat: Heyvanların düzgün bəslənməsi, qruplaşdırılması, sağım prosesinin və satışa gedən südün yüklənməsinin təşkili, sürü üzrə seleksiya işlərinin planlaşdırılması.
  • Komanda və İnfrastrukturla İş: Tövlə işçilərinə gündəlik təlimatların verilməsi, heyətin davamiyyətinin yoxlanılması, tövlədaxili avadanlıqların sazlığına və ərazinin təmizliyinə nəzarət.


Namizədə dair Tələblər:


  • Təhsil: Zootexnika və ya əlaqədar kənd təsərrüfatı ixtisasları üzrə ali təhsilini yeni bitirmiş məzun.
  • Şəxsi keyfiyyətlər: İstehsalat mühitinə tez adaptasiya olma bacarığı, rəqəmlərlə və proqramlarla işləmək marağı, komanda işinə meyillilik və bu sahədə peşəkar kimi yetişmək həvəsi.
Apply Now

Zootexnik təcrübəçi (Qəbələ Aqropark)

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 07 August

Qəbələ Aqropark MMC gənc istedadların kəşf edilməsi və aqrar sektorda peşəkar kadrların yetişdirilməsi məqsədilə Zootexnik ixtisası üzrə təcrübə proqramı elan edir.


Bu proqram karyerasını heyvandarlıq və kənd təsərrüfatı sahəsində qurmaq istəyən, öyrənməyə həvəsli və inkişafa meyilli yeni məzunlar üçün ideal fürsətdir.

Təcrübə proqramı çərçivəsində öyrənəcəyiniz və iştirak edəcəyiniz proseslər:


  • Yemləmə və Rasion İdarəetməsi: Yemləmə proqramı əsasında gündəlik yemləmənin təşkili, heyvanların qruplaşdırılmasına uyğun rasionun hazırlanması və yem paylayan maşınların iş qrafikinə nəzarət.
  • Keyfiyyətə Nəzarət: Ot anbarı, silos quyularına gündəlik baxış; qəbul olunan ot, silos və hazır yemlərin, eləcə də əkinçilikdən gələn məhsulların keyfiyyətinin yoxlanılması.
  • Analiz və Hesabatlılıq: Süd, yem və peyin analizlərinin müntəzəm həyata keçirilməsi, yem və sürü məlumatlarının toplanaraq zootexniki hesabatların hazırlanması.
  • Sürü İdarəetməsi və İstehsalat: Heyvanların düzgün bəslənməsi, qruplaşdırılması, sağım prosesinin və satışa gedən südün yüklənməsinin təşkili, sürü üzrə seleksiya işlərinin planlaşdırılması.
  • Komanda və İnfrastrukturla İş: Tövlə işçilərinə gündəlik təlimatların verilməsi, heyətin davamiyyətinin yoxlanılması, tövlədaxili avadanlıqların sazlığına və ərazinin təmizliyinə nəzarət.


Namizədə dair Tələblər:


  • Təhsil: Zootexnika və ya əlaqədar kənd təsərrüfatı ixtisasları üzrə ali təhsilini yeni bitirmiş məzun.
  • Şəxsi keyfiyyətlər: İstehsalat mühitinə tez adaptasiya olma bacarığı, rəqəmlərlə və proqramlarla işləmək marağı, komanda işinə meyillilik və bu sahədə peşəkar kimi yetişmək həvəsi.
Apply Now

İnsan Resursları üzrə Mütəxəssis

  • Finance, Business and Administration
  • Full-time
  • Deadline for Applications: 07 August

"Yalama Aqropark MMC" olaraq insan resursları komandamıza kadr kargüzarlığını dərindən bilən, eyni zamanda işə qəbul və işçi münasibətlərinin idarə edilməsində aktiv rol alacaq peşəkar İR üzrə Mütəxəssis axtarırıq.


Siz həm istedadların axtarışı və şirkətə cəlb olunmasında, həm işçilərin motivasiyasının artırılmasında, həm də gündəlik əməliyyatların dəqiq icrasında həlledici rol oynayacaqsınız. Dinamik və inkişafa yönəlmiş bir mühitdə HR proseslərini təkmilləşdirmək istəyirsinizsə, komandamıza qoşulun!

Əsas Vəzifə Öhdəlikləri:


İşə Qəbul və Adaptasiya:

  • Struktur bölmə rəhbərləri ilə sıx əməkdaşlıq edərək vakansiyaların təhlil edilməsi və tələb olunan işçi sayının müəyyənləşdirilməsi.
  • Elan olunan vakansiyalar üzrə cəlbedici iş elanlarının hazırlanması, müvafiq işədüzəltmə saytlarında və platformalarda yerləşdirilməsi.
  • Alternativ işəgötürmə və axtarış üsullarının tətbiq edilməsi, axtarış kanallarının effektivliyinin ölçülməsi.
  • Daxil olan CV-lərin qeydiyyatı, yoxlanılması və tələblərə uyğun namizədlərin qısa siyahısının hazırlanması.
  • İşə qəbul testlərinin, ilkin HR müsahibələrinin keçirilməsi və dəyərləndirmə formalarının müəyyən olunması.
  • İşə qəbul və yerləşdirmə müddətində zəruri proseslərə nəzarət edilməsi, iş yerinə göndərişlərin təşkili.
  • Yeni işçilər üçün sınaq müddətinin təyin edilməsi, performansın izlənməsi və struktur rəhbərlərindən geridönüşlərin alınması.
  • Şirkətin ehtiyat kadr bazasının yaradılması, daimi yenilənməsi və işçi axınının təhlili.


Kadr İnzibatçılığı və Uçot:

  • İR üzrə bütün növ əmrləşmələrin (işə qəbul, xitam, məzuniyyət, ezamiyyət, mükafat və s.) qanunvericiliyə uyğun hazırlanması və 1C sisteminə daxil edilməsi.
  • İşçilərin işə davamiyyətinin gündəlik qeydiyyatının aparılması, icazələrin izlənilməsi.
  • Aylıq davamiyyət tabellərinin işlənməsi, hər hansı kənaraçıxmalar və yayınmalar barədə İR Menecerinə və müvafiq struktur bölmə rəhbərinə məlumat verilməsi.
  • İllik məzuniyyət qrafikinin tərtib olunmasında və icrasına nəzarətdə şöbə rəhbərinə dəstək göstərilməsi.


İşçi Münasibətləri və İnkişaf:

  • İşçilərlə daimi aktiv kommunikasiyanın saxlanılması, onların müraciətlərinin dinlənilməsi və ehtiyaclarının təhlili.
  • Şirkət daxilində işçi məmnuniyyətini və məhsuldarlığı artırmaq üçün fərqli motivasiya üsullarının təşkili və tətbiqi.
  • Əməkdaşların inkişafı üçün tələb olunan müvafiq təlim proqramlarının araşdırılması və rəhbərliyə təklif kimi təqdim olunması.
  • Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqların icrası.


Namizədə dair Tələblər:

  • Təhsil: İnsan Resurslarının idarəedilməsi, İqtisadiyyat, Menecment və ya əlaqədar sahələr üzrə ali təhsil.
  • Təcrübə: İnsan resursları sahəsində (həm işə qəbul, həm kadr kargüzarlığı üzrə) ən azı 2-3 il iş təcrübəsi.
  • Qanunvericilik: Azərbaycan Respublikasının Əmək Məcəlləsini və kadr kargüzarlığı qaydalarını yüksək səviyyədə bilmək.
  • Texniki biliklər: MS Office və 1C proqramlarında sərbəst işləmək bacarığı mütləqdir. Müasir ATS platformaları ilə iş təcrübəsi üstünlükdür.
  • Şəxsi keyfiyyətlər:
  • Yüksək ünsiyyət və empatiya qabiliyyəti (işçiləri dinləmə və anlama bacarığı).
  • Analitik düşünmə və hesabatlılıq bacarığı.
  • Təşəbbüskarlıq, komandada işləmək və detallara qarşı xüsusi diqqət.
Apply Now

Baytar həkim

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 02 August

"Yalama Aqropark MMC" olaraq təsərrüfatımızdakı heyvanların sağlamlığına, təhlükəsizliyinə və ümumi rifahına ən yüksək səviyyədə diqqət yetiririk. Bu məqsədlə komandamıza heyvanlara qayğı ilə yanaşan, öz işində məsuliyyətli və operativ qərar verməyi bacaran peşəkar Baytar Həkim axtarırıq.


Əgər heyvanların anatomiyasını və davranışlarını dərindən anlayır, xəstəliklərin profilaktikası və müalicəsi üzrə müasir yanaşmaları tətbiq edə bilirsinizsə, sizi böyük və peşəkar təsərrüfat ailəmizdə görməkdən məmnun olarıq!

Əsas Vəzifə Öhdəlikləri:


Sağlamlıq və Müalicə:

  • Heyvanlarda xəstəliklərin ilkin simptomlarının erkən aşkarlanması və dəqiq diaqnostikanın aparılması.
  • Diaqnoza uyğun olaraq effektiv və düzgün müalicə planının qurulması və icrasına nəzarət edilməsi.
  • Zərurət yarandıqda və göstəriş olduqda peşəkar cərrahi müdaxilələrin həyata keçirilməsi.


Profilaktika və Gigiyena:

  • Yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə təsdiqlənmiş qrafik üzrə peyvəndləmə (vaksinasiya) tədbirlərinin həyata keçirilməsi.
  • Təsərrüfat daxilində sanitar-gigiyena qaydalarına, dezinfeksiya tədbirlərinə riayət olunmasına nəzarət.


Heyvan Rifahı:

  • Heyvanların gündəlik vəziyyətinin izlənməsi, onlarda stress amillərinin azaldılması üçün müvafiq addımların atılması.
  • Heyvanlarda yaranan davranış problemlərinin təhlil edilərək həlli və onların ümumi rifahının standartlara uyğun təmin olunması.


Namizədə dair Tələblər:


Təhsil və Təcrübə:

  • Təhsil: Baytarlıq təbabəti üzrə ali təhsil.
  • Təcrübə: Klinik praktikada və ya iri fermer təsərrüfatlarında minimum 1–2 il iş təcrübəsi.


Peşəkar Bilik və Bacarıqlar:

  • Heyvan anatomiyası və fiziologiyası üzrə dərin nəzəri və praktiki biliklər.
  • Yoluxucu və qeyri-yoluxucu xəstəliklərin müasir diaqnostikası bacarığı.
  • Heyvan xəstəliklərinin profilaktikası və müalicəsi metodlarını dərindən bilmək.
  • Praktiki cərrahi müdaxilə bacarıqlarının olması.


Şəxsi Keyfiyyətlər:

  • Heyvanlara yanaşma: Heyvan rifahına həssas yanaşma və peşə etikasına ciddi riayət.
  • Böhran idarəetməsi: Stressli və təcili müdaxilə tələb edən vəziyyətlərdə soyuqqanlılığını qoruyaraq operativ qərarvermə bacarığı.
  • Yüksək məsuliyyət hissi və komandada (digər mütəxəssislər və ferma işçiləri ilə) koordinasiyalı işləmə qabiliyyəti.
Apply Now