Gələcəyi birlikdə
quraq

Agrodairy-də, gələcək nəsillərə qayğı ilə yanaşırıq və onların qarşısında məsuliyyət hiss edirik. Biz işimizi dayanıqlı şəkildə idarə etməyə tərəfdarıq. Şirkətin iqtisadi, ekoloji və sosial məsuliyyətlərini balanslaşdırarkən biz çox ciddi etik biznes təcrübələri və siyasətləri dəstəkləyirik. Aşağıda göstərilən prioritetlərə möhkəm bağlılıq bizə daha effektiv və uğurlu olmağa kömək edir.

İdarəetmə və menecment

Biz daim işimizin inkişafına kömək edən təhlükəsiz və innovativ həllər həyata keçiririk. Agrodairy etibar üzərində qurulmuş, açıq və şəffaf bir şirkətik. Dürüstlük və yaxşı niyyətlə biznesimizi idarə etmək, daim yeniliklər etmək və korporativ idarəetmənin ən yüksək standartlarına riayət etmək bizim üçün çox vacibdir.

Sosial məsuliyyət

Agrodairy-də biz hər zaman insanları düşünürük. Başa düşürük ki, istedad insanın cinsindən, irqindən, yaşından və ya fiziki qabiliyyətindən asılı olmayaraq cəmiyyətin hər bir təbəqəsindən gələ bilər. İşçilərimiz naminə ən yüksək sağlamlıq və təhlükəsizlik standartlarına ciddi şəkildə riayət edirik, onların ən son texnologiyaya yiyələnməsini qeydinə qalırıq və davamlı təlimlər vasitəsilə rəqabətlik və karyera perspektivlərini artırırıq. Onların bacarıqlarını, etimadını və karyera imkanlarını inkişaf etdirən hər təşəbbüsü dəyərləndiririk.

İqtisadi inkişaf

Agrodairy, regional inkişaf ilə kənd təsərrüfatını və qida təhlükəsizliyini təşviq edən təşəbbüsləri dəstəkləyərək, o cümlədən, davamlı və yüksək keyfiyyətli kənd təsərrüfatı mallarını, texnoloji dəstəyi sataraq əlavə dəyər yaradır. Bütün bunlar Azərbaycanda vahid kənd təsərrüfatı mühərriki kimi, mövqeyimizi gücləndirməyə kömək edir.

Ətraf mühit

Planetimizin qorunması üçün hər birimiz məsuliyyət daşıyırıq. Agrodairy-də biz əminik ki, biznesin inkişafı ətraf mühitin hesabına baş verməməlidir. Biz bu məsuliyyəti gələcək nəsillər üçün öhdəmizə götürdüyümüz bir vəzifə olaraq görürük və resurslardan səmərəli istifadə edərək, məhsullarımızın və fəaliyyətimizin ətraf mühitə təsirini minimuma endirərək bu inancımızı nümayiş etdiririk. Qlobal istiləşməni ləngitmək üçün CO2-nin bağlanmasını artıraraq iqlim dəyişikliyini azaltmaq üçün "4/1000 təşəbbüs" (COP21, Paris İqlim Sammiti) tərəfindən müəyyən edilmiş tədbirlərə riayət edirik.