İlbəil artan istehsalat

Tovuz rayonunda əməliyyatlar 2016-cı ildə infrastruktur və suvarma sahəsinə böyük investisiyalar qoymaqla başlamışdır. Hal-hazırda, ümumi gücü təxminən 7 000 hektar olan bölgədə dörd nasos stansiyası işlədirik. Bu sahə daha öncə becərilməmişdir. İlk əvvəl torpaqları təbii gübrə ilə zənginləşdirərək ilk toxum səpməyə başlamışıq. İldən-ilə istehsal artımını görürük. 2018-ci ilin şəkər çuğunduru məhsulu  rekord səviyyəyə çatmış və 70 ton/ha olmuşdur. 2018-ci ildə Tovuzda bir köməkçi baza inşa edilmişdir.

 

7 000 ha

Agrodairy tərəfindən becərilmişdir