Tam suvarma sistemi üçün infrastruktur

Ən son layihələrimiz Padarçöl ilə bağlıdır. Sahə böyük bir məkanı əhatə etdiyindən, müəssisə 3 sektora bölünmüşdür. Birincisində, Muğan və Hacıqabul yaxınlığında, təxminən 5 000 hektarı suvarmaq üçün yetərli olan 76 su çiləyicidən ibarət suvarma sistemi quraşdırdıq. Ümumi gücü saatda təxminən 14.400 m³ olan bir çöl nasos stansiyası işlədirik. Əsas təsərrüfat bazasının inşası silos obyekti ilə başlandı – 120 000 ton saxlama qabiliyyətindən əlavə, o, təmizləyici və qurutma sistemlərinə malikdir. Ferma əsas ofis, maşınlar üçün talvar və xidmət qarajı ilə təchiz olunub, anbarlar isə  2019-cu ilin ikinci yarısında hazır olacaq.

Saatda 14 400 m³

Lokal nasos stansiyasının ümumi həcmi

İkinci sektor hazırda işlənməkdədir - Muğan ilə Padar arasındakı təxminən 20 000 hektarlıq ərazidə su çiləmə sistemini qurmağı planlaşdırırıq. Son 2 il ərzində torpağın inkişafına kömək etmək üçün ərazini suvarmadan becərmişik. Bizim investisiyaya tam suvarma üçün nasos stansiyaları, boru xətləri və su çiləmə sistemindən ibarət infrastruktur, eləcə də, əlavə silos kompleksi, anbarlar, maşınlar üçün talvar və yol şəbəkəsi  daxildir.

Üçüncü və sonuncu sektor inkişafın birinci və ikinci tranşları ilə əhatə olunmayan bütün qalan əraziləri əhatə edəcəkdir. Bu işi qarşıdan gələn 3 il ərzində tamamlamaq planlaşdırılır.

Tutumu 120 000 ton olan Azərbaycanın ən böyük taxıl anbar,ı əkin sahələrimizdən toplanan məhsulların keyfiyyətini itirmədən uzun müddət saxlamaq üçün nəzərdə tutulmuşdur.

Hər biri 200 saat/ton məhsul qəbul edə bilən iki xətti olan avadanlıq, məhsulları təmizləmək üçün ön ələkə gətirir və təmizlənmiş məhsullar çənlərdə saxlanılmaq üçün göndərilir. Qurutma qurğularında (hər biri 100 ton tutumlu, 4 ədəd) nəm məhsullar standartlara uyğun olaraq saxlamaq üçün lazımi rütubət səviyyəsinə endirilir.

SCADA proqramı və tam avtomatlaşdırılmış bir sistem sayəsində insan səhvləri minimum səviyyəyə endirilmişdir.

Ərazimizdə hər biri 50 000 kq çəki ölçən avtomatlaşdırılmış tərəzi (2 ədəd) və 80 000 kq çəki ölçən elektron tərəzi var.