İlk təsərrüfat bazamız

2015-ci ildən etibarən Agrodairy təxminən əvvəllər bir kvadrat metri belə işlənməmiş 2 700 hektar torpaq sahəsini çiləmə üsulu ilə suvararaq becərib. Amma yolumuz təzə başlayıb və bizi irəlidə hələ çox uzun bir yol gözləyir. İlk bar-bəhrəmiz isə böyük olmuşdur və bu da bizim doğru yolda olduğumuzu göstərir.

Samuxda biz ilk təsərrüfat bazasını - mərkəzi ofis, anbar, maşınlar üçün talvar və servis mərkəzi inşa etdik.

Hacıqabul silos kompleksinin tamamlanmasından əvvəl  onun 60 000 tonluq silos kompleksi Azərbaycanın ən qabaqcıl və güclü qarğıdalı quruducusu idi. Biz həmçinin saatda təxminən 5000 m³ tutumlu, öz su nasos stansiyası olan təsərrüfat bazasını inşa etmişik və hazırda ərazidə ümumi olaraq 3 nasos stansiyası və 40 su çiləyici fəaliyyət göstərir.

60 000 ton

Silo kompleksinin həcmi