Böyük fəxr hissi ilə elan etmək istərdik ki, şirkətimiz ISO idarəetmə standartı üzrə üç beynəlxalq sertifikatı əldə etmişdir. ISO 9001 (Keyfiyyətin İdarə Olunması) , ISO 14001 (Ətraf Mühiti İdarəetmə) və ISO 45001 (İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi) beynəlxalq sertifikatları haqqında qısa məlumatı diqqətinizə çatdırmaq istərdik.
ISO 9001:2015 Beynəlxalq Standartı müştəri gözləntiləri, ehtiyacları və qanuni şərtləri qarşılamaqla müştəri məmnuniyyətinin artırılmasını təklif edən dünyaca qəbul olunmuş bir keyfiyyət idarəetmə sistemi növüdür. ISO 9001:2015 Beynəlxalq standartı əsas olaraq bir nəzarət mexanizmidir. Bu standartın məqsədi xəta və qüsurları azaltmaq, ortadan qaldırmaq və daha önəmlisi isə yarana biləcək xəta və qüsurları önləməkdir.
ISO 14001 Beynəlxalq standartı özündə ətrafa, torpağa, suya, havaya verilən zərərlərin minimuma endirilməsini məqsəd qoyan bir standartdır. Bu standartı tətbiq edən təşkilatlar ISO 14001:2015 Beynəlxalq Sertifikatını rahat əldə edə bilərlər.
ISO 45001 Beynəlxalq Sertifikatı Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemi sağalamlıq və təhlükəsizlikdə ilk beynəlxalq standartdır. Bu standart təhlükəsizliyi inkişaf etdirmək, iş yerlərində riskləri azaltmaq və rifah və sağlamlığı genişləndirmək üçün bir çərçivə təyin edir, eyni zamanda müəssisələrə özlərinin SƏTƏMM performanslarını proaktiv şəkildə inkişaf etdirməsinə imkan yaradır.