Keyfiyyət İdarəetmə Sistemi tətbiq olunan Agro Dairy ISO 9001:2015 Beynəlxalq Sertifikatını əldə etmişdir.
ISO 9001 Keyfiyyət Standartları seriyası təşkilatların müştəri məmnuniyyətinin artırılmasına istiqamətlənən, ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sisteminin qurulması və təkmilləşdirilməsi, ISO 9001:2015 Beynəlxalq Sertifikatının alınması mövzusunda rəhbərlik edən və Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən nəşr olunan bir standartdır.