Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sərgisi - WorldFood Azerbaijan və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - Caspian Agro ilə tanış oldu.

Kənd təsərrüfatı naziri İnam Kərimov və Caspian Event Organisers-in regional direktoru Edward Strahan sərgilər barədə dövlətimizin başçısına məlumat verdilər.

Prezident İlham Əliyevə kənd təsərrüfatında məşğulluğun artırılması layihəsi barədə məlumat verildi. 

Agro Dairy MMC-də bu sərgidə öz stendi ilə təmsil olunurdu. 

Bu il 25 illiyini qeyd edən WorldFood Azerbaijan sərgisi bu sahənin bölgədəki hərəkətverici qüvvəsi oldu. Sərginin 25 illik uğurlu fəaliyyəti ərzində dünyanın 40-dan çox ölkəsini təmsil edən 2137 şirkət iştirak etmişdir. Nəticə etibarilə bu şirkətlərin çoxu Azərbaycanda uğurlu biznes qurmuşdur.

Həyata keçirilən bütün layihələr Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından vacibdir. Kənd təsərrüfatının inkişafı da hökumətin bu sahədəki işçilərə və fermerlərə göstərdiyi qayğı ilə əlaqədardır. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, fermerlər müasir kənd təsərrüfatı texnikası ilə təmin edilir, subsidiyalar, yanacaq, gübrələr onlara güzəştli şərtlərlə verilir, fermerlər torpaq istisna olmaqla bütün vergilərdən azaddırlar. Bütün bunlar kənd təsərrüfatının inkişafı üçün tədbirlərin hərtərəfli davam etdirilməsindən xəbər verir.

DAHA ƏTRAFLI: https://haqqin.az/news/150359