"Agro Dairy"  kənd təsərrüfatının texnoloji modernləşdirilməsi və innovativ inkişafını şərtləndirən yeni sənaye tələbləri və əmək bazarlarının aktual və perspektivli ehtiyacları nəzərə alınmaqla, fermerlər, istehsalçılar, sahibkarlar, iri və kiçik təsərrüfatların aqronomları və əməkdaşları, tələbə və magistrlər, ailə təsərrüfatlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin və aidiyyəti qurumların nümayəndələri və digər maraq göstərənlər üçün aşağıdakı mövzular üzrə qısa müddətli təlim kursları təşkil edir:

1.       Toxum satışı və marketinqi

2.       Kənd təsərrüfatı texnikaları və müasir kənd təsərrüfatında "dəqiq əkinçilik" in rolu

3.       Dənli taxıl bitkilərin yetişdirilmə texnologiyası

4.       Dənli taxıl bitkilərinin alaq otları, xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri

5.       Payızlıq buğda və arpanın suvarma texnologiyası və suvarmanın idarəolunması

6.       Dənli bitkilərin inkişaf mərhələlərinin diaqnostikası

7.       Dənli bitkilərin toxumçuluğu

8.       Rəqəmsallaşma və rəqəmlərə yönülük qərar vermə

Təlim kursları Hacıqabul rayonu, Muğan kəndi ərazisinə yaxın olan "Agro Dairy"in təlim mərkəzində keçiriləcəkdir.

Təlimlər sentyabr ayından başlamaqla 2023/2024-cü illəri əhatə edəcəkdir.

Təlimlərdə iştirak pulsuzdur.

İştirakçıların təlim yerinə çatdırılması Şirkət tərəfindən təmin olunacaqdır.

Təlimdə iştirak etmək arzusunda olanlar sentyabr ayına dək aşağıdakı telefon nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.

İştirakçılardan xahiş olunur ki, qeydiyyatdan keçərkən öz istəklərinə uyğun konkret mövzunu və  yaxud mövzuları göstərsinlər.

Telefon: +994 51 201 77 25