Agro Dairy şirkəti növbəti dəfə Kənd Təsərrüfatı sahəsi üzrə təlimlər keçdi

Cənab Prezident İlham Əliyevin “Agro Dairy” MMC-nin Hacıqabulda yerləşən aqroparkına səfəri zamanı verdiyi tapşırığa əsasən yaradılan təlim mərkəzində kənd təsərrüfatı sahəsi üzrə növbəti silsilə təlimlər keçirildi.

Bu il 4-cüsü keçirilən və 3 günü əhatə edən təlimlər zamanı “Toxum satışı və marketinqi”, “Kənd təsərrüfatı texnikaları və müasir kənd təsərrüfatında “dəqiq əkinçilik”-in rolu”, “Dənli bitkilərin (buğda və arpa) yetişdirilmə texnologiyası”, “Dənli taxıl bitkilərinin alaq otları, xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri”, “Payızlıq buğda və arpanın suvarma texnologiyası və suvarmanın idarəolunması”, “Dənli bitkilərin inkişaf mərhələlərinin diaqnostikası”, “Dənli bitkilərin toxumçuluğu” və “Rəqəmsallaşma (informasiyanın rəqəmsal formaya çevrilməsi prosesi) və rəqəmlərə yönülük qərar vermə” mövzuları üzrə həm nəzəri, həm də təcrübi bilik mübadiləsi aparıldı.

"Agro Dairy”-nin kənd təsərrüfatı sahəsində ixtisaslaşmış mütəxəssisləri tərəfindən keçirilən təlimdə fermerlər, aqronomlar, tələbələr, taxıl toxumçuluğu ilə məşğul olan və bu sahəyə maraq göstərən şəxslər sahə ilə bağlı real təcrübələrə əsaslanan biliklər əldə etdilər.

Təlim iştirakçıları, həmçinin, “Agro Dairy” MMC-nin Hacıqabul ərazisində yerləşən Toxum Emalı Zavoduna da ziyarət edərək, kompakt toxum təmizləmə kompleksi olan CIMBRIA ilə tanış oldular.