Böyük məmnuniyyət hissi ilə elan etmək istərdik ki, Agro Dairy MMC-nin və Aqrar Xidmətlər Agentliyinin kənd təsərrüfatı sahəsində ixtisaslaşmış mütəxəssisləri tərəfindən FERMERLƏR, AQRONOMLAR, MÜTƏXƏSSİSLƏR, TAXIL TOXUMÇULUĞU İLƏ MƏŞĞUL OLANLAR VƏ BU SAHƏYƏ MARAQ GÖSTƏRƏN HƏR KƏS ÜÇÜN Sentyabrın 28-dən etibarən TƏLİM KURSLARI KEÇİRİLMƏSİNƏ BAŞLANILIR.

Təlim kursları Hacıqabul rayonu, Muğan kəndi ərazisinə yaxın olan Agro Dairy şirkətinin təlim mərkəzində keçiriləcəkdir.

Təlimin mövzuları aşağıda qeyd olunanları əhatə edəcəkdir.

  • Torpaq becərmə məsələləri və torpağın səpinə hazırlanması
  • Bitki yetişdirilməsi (buğda və arpa)
  • Suvarmanın idarəolunması
  • Dənli bitkilərin inkişaf mərhələlərinin diaqnostikasının öyrənilməsi
  • İlkin toxumçuluq və reproduksiyalı toxum istehsalı.

Təlimlər sentyabrın 25-dən dekabrın sonuna kimi keçiriləcəkdir. 

Təlimdə iştirak pulsuzdur. Təlim iştirakçılarının nəqliyyatı şirkətimiz tərəfindən təmin olunacaqdır. 

Təlim proqramı sizin üçün maraqlıdırsa, qeyd etdiyimiz əlaqə nömrəsinə zəng edə bilərsiniz. +994 51 201 77 20