“Agro Dairy” Qrupun baş icraçı direktoru Niyazi Əmirbəyov IAOM Eurasia 2025 konfransında moderator kimi çıxış edib
Türkiyənin ev sahibliyi etdiyi IAOM Eurasia Konfransı və Sərgisi 2025 çərçivəsində keçirilən “Qlobal Əmtəə Axını: İstehsal Reallıqları, Bazar Reaksiyaları və Hedcinq Strategiyaları” mövzusunda panel görüşündə “Agro Dairy” Qrupun baş icraçı direktoru Niyazi Əmirbəyov moderator qismində çıxış edib.
Panel zamanı qlobal bazarlarda məhsuldarlıq səviyyələri, təchizat riskləri və dəyişən ticarət axınlarının sektora təsirləri müzakirə olunub. Ekspertlər risklərin effektiv idarə olunması və bazar dəyişikliklərinə qarşı dayanıqlı hedcinq strategiyalarının tətbiqinin vacibliyini vurğulayıblar.
Ölkənin aparıcı qida şirkətlərindən biri kimi “Agro Dairy” qlobal kənd təsərrüfatı dəyər zəncirinə töhfə verməkdən və beynəlxalq platformalarda Azərbaycanı uğurla təmsil etməkdən qürur duyur.