“Agro Dairy” Oğuzda keçirilən Aqrar Biznes Festivalında təmsil olunub
“Agro Dairy” şirkəti Oğuz rayonunda təşkil olunan Aqrar Biznes Festivalı və Toxum sərgi-satış yarmarkasında yüksək keyfiyyətli toxum sortları ilə iştirak edib.
Festival çərçivəsində payızlıq dənli bitkilərin əkini üçün yüksək reproduksiyalı və sertifikatlı toxumlar, eləcə də buğda və arpa sortları, kənd təsərrüfatı texnikası, innovativ suvarma texnologiyaları və digər yeniliklər ziyarətçilərə təqdim olunub.
“Agro Dairy”nin mütəxəssisləri festival iştirakçılarına, xüsusilə fermerlərə sertifikatlı toxumların üstünlükləri, onların torpaq-iqlim şəraitinə uyğun seçilməsi və düzgün tətbiqi ilə bağlı ətraflı və faydalı məlumatlar veriblər.