“Agro Dairy” Qrup IAOM Eurasia 2025-də!
“Agro Dairy” Qrupunun nümayəndə heyəti İstanbulda keçirilən IAOM Eurasia Konfransı və Sərgisi 2025-də iştirak edib. Tədbir çərçivəsində “Qlobal Əmtəə Axını: İstehsal Reallıqları, Bazar Reaksiyaları və Hedcinq Strategiyaları” mövzusunda keçirilən panel görüşündə “Agro Dairy” Qrupun baş icraçı direktoru Niyazi Əmirbəyov moderator qismində çıxış edib. Sessiyada qlobal bazarlarda məhsuldarlıq, təchizat riskləri və dəyişən ticarət axınlarının təsirləri müzakirə olunub. Ekspertlər risklərin effektiv idarə olunması və düzgün bazar təhlili üçün hedcinq strategiyalarının vacibliyini xüsusi olaraq vurğulayıblar. Xatırladaq ki, IAOM Eurasia 2024 tədbiri Bakıda keçirilmiş və “Agro Dairy” Qrupu baş sponsor kimi çıxış edərək tədbirə təşkilati dəstək göstərmişdir.
Ölkənin aparıcı qida şirkətlərindən biri olaraq qlobal kənd təsərrüfatı dəyər zəncirinə töhfə verməkdən qürur duyuruq.
Ölkənin aparıcı qida şirkətlərindən biri olaraq qlobal kənd təsərrüfatı dəyər zəncirinə töhfə verməkdən qürur duyuruq.