Xəbər

“Agro Supply” MMC "Dayanıqlı Kənd Təsərrüfatında Toxumçuluğun Rolu" Mövzusunda Keçirilən Konfransda İştirak Edib

“Agro Dairy”nin törəmə şirkəti olan “Agro Supply” MMC, “Dayanıqlı kənd təsərrüfatında toxumçuluğun rolu” mövzusunda keçirilən konfransda iştirak edib. Tədbirdə toxumçuluq sahəsinin inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması kimi vacib məsələlər müzakirə edilib.
Tədbir çərçivəsində toxumçuluq sahəsinin inkişafı, fermerlərin keyfiyyətli və sertifikatlaşdırılmış toxumlara çıxışının genişləndirilməsi və kənd yerlərində dayanıqlı inkişafın sürətləndirilməsi məsələləri müzakirə olunub.
Konfransda “Agro Dairy” şirkətinin İdarə Heyətinin üzvü, Bitkiçilik istiqaməti üzrə icraçı direktoru Ramil Məmmədov, “Toxumçuluğun inkişafında özəl sektorun rolu və dövlət dəstəyi” mövzusunda təqdimatla çıxış edib.
Eyni zamanda, “Agro Supply” MMC toxumçuluq sahəsinin inkişafına verdiyi töhfələrə görə Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən təşəkkürnamə ilə təltif olunub.