"Agro Dairy” Qrupdan birincilərə Bilik Günü sevinci
“Agro Dairy” Qrupu Bilik Günü münasibətilə ənənəvi “Məktəbə qayıdış” sosial layihəsini həyata keçirib. Layihə çərçivəsində şirkət Bakı və fəaliyyət göstərdiyi bölgələrdə 300-dən çox birinci sinif şagirdinə məktəb çantaları və dərs ləvazimatları hədiyyə edib.
Təşəbbüsün məqsədi aztəminatlı ailələrin övladlarının məktəbə hazırlıq prosesinə dəstək göstərmək, onların təhsil həyatına ilk addımlarını daha rahat və uğurlu atmalarına şərait yaratmaqdır. Layihə eyni zamanda uşaqların yeni tədris ilinə sevinc və həvəslə başlamasına, təhsildə zəruri vasitələrlə təmin olunmasına və gələcəyə inamla addımlamasına xidmət edir.
Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən sosial layihələr “Agro Dairy” Qrupunun korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindəndir. Şirkət bu ənənəni gələcək illərdə də davam etdirərək daha çox uşağın sevincinə şərik olmağı və onların təhsilinə dəstək göstərməyi planlaşdırır.
Görüşlər zamanı şirkət əməkdaşları məktəbləri ziyarət edərək balaca birinciləri Bilik Günü münasibətilə təbrik edib, onlara bilik və uğurlarla dolu təhsil həyatı arzulayıblar.