Agro Dairy işə qəbul prosesini təkmilləşdirmək üçün yeni təlimlər silsiləsinə start verib
Agro Dairy şirkəti işə qəbul proseslərini daha da təkmilləşdirmək məqsədilə “Panel müsahibə bacarıqları” üzrə yeni daxili təlim silsiləsinə start verib.
Panel müsahibələrinin vahidləşdirilməsi və keyfiyyətinin artırılması məqsədilə keçirilən ilk sessiya qrup daxilində müsahibələrdə iştirak edən rəhbər heyəti əhatə edib.
Təlimlər əsasən müsahibə standartlarının beynəlxalq praktikalarla uyğunlaşdırılması, qiymətləndirmə meyarlarının vahidləşdirilməsi və panel müsahibələrində həm obyektivliyin, həm də komanda işinin gücləndirilməsini hədəfləyib.
