Xəbər

“Agro Dairy” şirkətinin İdarə Heyətinin üzvü, Bitkiçilik istiqaməti üzrə icraçı direktoru Ramil Məmmədov kosmik müşahidələrin əkinçilikdəki rolu haqqında danışdı

“Agro Dairy” şirkətinin İdarə Heyətinin üzvü, Bitkiçilik istiqaməti üzrə icraçı direktoru Ramil Məmmədov Azərkosmosun təşkilatçılığı ilə keçirilən “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbirdə iştirak edib.

Tədbir çərçivəsində Ramil Məmmədov “Kosmosdan müşahidə xidmətlərinin Azərbaycanın sosial-iqtisadi inkişafına verdiyi töhfələr” mövzusunda keçirilən panel sessiyasında panelist kimi çıxış edərək, kosmik müşahidələrin kənd təsərrüfatında peyk təsvirlərinin tətbiqi, əkin sahələrinin monitorinqi və məhsuldarlığın artırılmasında oynadığı mühüm roldan danışıb.

Ramil Məmmədov çıxışında kosmik texnologiyaların kənd təsərrüfatı sahəsində keyfiyyətli məlumatların toplanması və daha effektiv resurs idarəçiliyi baxımından böyük imkanlar təqdim etdiyini vurğulayıb. Kosmosdan əldə edilən məlumatların, əkin sahələrinin vəziyyətinin düzgün qiymətləndirilməsi və məhsuldarlığın artırılması üçün mühüm alət olduğunu qeyd edib.